"Xəzər Lənkəran" favorit ola bilər" AÇIQLAMA

11.03.2014 | 3862 dəfə oxunub

"Xəzər Lənkəran" güclü komandadı. Heyət və oyun baxımından Premyer Liqanın güclü klublarından biridir. 10 ilin komandasıdır. Çempionatda yaxşı çıxış etməməsi bizi aldatmamalıdır. Mustafa Dənizlinin heyətində kifayət qədər təcrübəli və istənilən oyunun taleyini həll edəcək futbolçular var. Bu mənada, qol buraxmamağa çalışmalıyıq. 90 dəqiqə müdafiədə oturmaq fikrimiz də yoxdur". Stadium.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın çalışdırıcısı Əsgər Abdullayev deyib.

"Xəzər Lənkəran” favorit ola bilər. Amma mən komandama inanıram. Şanslarımız az olsa da, var. Kiçik şans, özü də şansdır. Futbolçularla söhbətdə bu görüşün bizim üçün vacib olduğunu demişəm. Gərək, hər kəs özünü göstərməyə çalışsın. Bununla, biz həm də gələcəkdə Premyer Liqada mübarizə aparmağa layiq olduğumuzu göstərə bilərik. Matç haqda proqnoz vermək istəmirəm. Hər bir şansı dəyərləndirməliyik" deyə Abdullayev fikirlərini yekunlaşdırıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail