"Araz-Naxçıvan"ın "Xəzər Lənkəran" qarşısında şansı çox aşağıdı"

11.03.2014 | 5814 dəfə oxunub

Saytımıza hər zaman ekspert kimi fikirlərini bildirən Samir Musayev bu dəfə ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyunları haqda fikirlərini bildirdi. "Qarabağ"ın məşqçisinin fikirlərini diqqətinizə çatdırırq:

"İnter" - "Neftçi"

"Hər iki komanda kubok üçün oynayacaq"

"Bəzən bəzi klublar iki cəbhədə oynamırlar. Ya çempionatı seçirlər, ya da kuboku. Bütün güclərini əsas seçdikləri yerə yönəldirlər. Bu oyunda hər iki komanda kubok üçün oynayacaq. Çünki hər iki komanda çempionluqdan bir xeyli uzaq düşüb. Bunu sığortalamaq üçün kubok ən yaxşı şansdı. "Neftçi"nin cəzalı futbolçularının geri döndüyünə görə, "İnter"i çətin oyun gözləyir. Bu tur iki oyundan ibarət olduğuna görə, ancaq birinci oyundan sonra proqnoz vermək olarki kim növbəti mərhələyə keçəcəcək. İlk oyunda "Neftçi"nin qələbə qazanacağını düşünürəm".

"Rəvan" - "Bakı"

“Gərək "Bakı" meydanda dayansın ki, "Rəvan" qalib gələ”

"Rəvan"ın növbəti mərhələyə keçməsi inandırıcı görsənmir. Gərək "Bakı" meydanda dayansın ki, "Rəvan" qalib gələ. "Qarabağ"a çempionatda böyükhesablı məğlubiyyəti unutdurmaq üçün "Bakı" bu oyunda qalib gələcək. Amma ola bilər ki, "Bakı" bəzi oyunçularına istirahət verə. Çünki çempionatda da onları ağır oyunlar gözləyir. Bəlkə də qarşıdakı çempionat oyunları "Bakı" üçün çempionluq yarışı olacaq. "Bakı" gücünü kubokun ikinci oyununa da saxlaya bilər".

 "Qəbələ" - "Qarabağ"

"Qəbələ" çempionatdakı uğursuzluqları azarkeşlərinə unutdurmaq üçün qələbə qazanmağa çalışacaq”

"Bu oyun barəsində fikir söyləmək çətindi. Çünki hər iki komanda çempionluq uğrunda mübarizə aparır. Hər iki klubun çempionatda ağır oyunları olduğundan, bəlkə də əsas futbolçularını qorudu. "Qəbələ" çempionatdakı uğursuzluqları azarkeşlərinə unutdurmaq üçün qələbə qazanmağa çalışacaq. Həm də cavab oyunu üçün lazımi nəticə qazanmaq istəyəcək. Bununla yanaşı “Qarabağ” da cavab oyunu üçün yaxşı nəticə qazanmaq istəyəcək ki, çətinlik çəkməsin”.

“Araz-Naxçıvan” – “Xəzər Lənkəran”

“Araz-Naxçıvan”ın “Xəzər Lənkəran” qarşısında şansı çox aşağıdı”

“Bayaq da dediyim kimi bəzi klublar var ki, iki yoldan birini seçir. “Xəzər Lənkəran” da belə klublardandı. Onlar sırf kuboku qazanmaq üçün bütün gücünü ortaya qoyacaq. İrəli gedib deyə bilərəm ki, cütün favorit də “Xəzər Lənkəran”dı. Təbii ki, futbolda hər şey olur. Amma “Araz-Naxçıvan”ın “Xəzər Lənkəran” qarşısında şansı çox aşağıdı. Bəlkə də Naxçıvanda nəsə etdi. Amma Lənkəranda heç bir şansı yoxdu. Onu da demək lazımdı ki, “Araz-Naxçıvan”ın bu yerə gəlib çıxması böyük işdi. Cavan komandadı, gələcəkdə həm kubok, həm də çempionluq üçün mübarizə apara bilər”.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail