Azərbaycan çempionu tanınmış oyunçunu transfer etdi

13.03.2014 | 3725 dəfə oxunub

"Araz" "Dördlər finalı" öncəsi heyətinə daha 4 yeni futzalçı qatıb. Stadium.az xəbər verir ki, bunlar 2 braziliyalı, 1 italyan və 1 sloveniyalı oyunçulardır. Bunlardan ən məşhuru isə Sloveniya yığmasının futzalçısı Kristyan Çuyetsdir. İspaniyanın “Ribera Navarra” klubundan transfer olunan Çuyets bizə yaxşı tanışdır. Belə ki, 25 yaşlı oyunçu yanvarın sonu – fevralın əvvəllərində Belçikada keçirilmiş Avropa çempionatında yığması ilə birgə iştirak edib. Kristyan qrupun İtaliyaya qalib gəldikləri (3:2) və millimizə uduzduqları (6:7) görüşündə fərqlənməyi də bacarıb. Belə ki, Sloveniya yığmasının “5” nömrəsi yanvarın 31-də keçirilmiş oyunda millimizin qapısına 17-ci dəqiqənin 35-ci saniyəsində qol vura bilib. O onda hesabı komandasının xeyrinə 2:1 etmişdi. Qeyd edək ki, “Araz” bu futzalçılardan əvvəl heyətinə Rusiyanın “Dina” klubundan Aleksey Popovu qatmışdı. Əslən ukraynalı olan qapıçı cari mövsümün sonunadək icarəyə götürülüb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail