"Barselona"nın üzvü Azərbaycan klubu haqda nə dedi?

14.03.2014 | 3451 dəfə oxunub

“UEFA kubokunu qazanmaq iddiasındayıq. Bakıda keçiriləcək “Dördlər finalı”nda məqsədimiz Avropanın ən güclüsü olmaqdır”. Stadium.az xəbər verir ki, bu sözləri İspaniya millisinin və “Barselona”nı futzalçısı Serxio Lozano deyib. 25 yaşlı hücumçu UEFA kubokunun Bakıda keçiriləcək “Dördlər finalı” barədə fikirlərini açıqlayıb. Aprelin 24-də baş tutacaq yarımfinalda Azərbaycan çempionu “Araz”la qarşılaşacaq kataloniyalıların liderlərindən biri olan Lozano Naxçıvan təmsilçisindən çəkindiklərini etiraf edib: “Bu uğur 2013/14 mövsümündə ilk titulumuz olacaq. Yarımfinaldakı rəqibimiz “Araz” çox güclü komandadır. Onların son nəticələri də bunu göstərir. Lakin bu qarşılaşmayadək hələ vaxtımız var. Rəqibin oyununu təhlil edəcək, onların güclü və zəif nöqtələrini müəyyənləşdirəcəyik. Lakin bir şey dəqiqdir ki, bizim üçün çox çətin olacaq. Bu üzdən də belə matç öncəsi azarkeşlərimizə heç nə vəd edə bilmərəm”. Qeyd edək ki, “Araz”la indiyədək 2 dəfə qarşılaşan “Barselona” bu oyunlarda uduzmayıb – 262 və 7:1.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail