"Azərbaycanla oyunda sübut etdik ki....." AÇIQLAMA

14.03.2014 | 3336 dəfə oxunub

“Malayziya və Azərbaycanla oyunlara əsasən baş məşqçi və komandadan razı qaldığımızı deyə bilərəm”. Stadium.az xəbər verir ki, bu sözləri Filippin millisinin meneceri Dan Palami deyib. Vətənində müsahibə verən filippinli funksioner “Küçə itləri” ləqəbini daşıyan yığmanın yeni baş məşqçisi Tomas Dulinin işini dəyərləndirib. Palami martın 1-də Malayziya (0:0), 4 gün sonra Azərbaycanla (0:1) keçirilən yoxlama oyunlarına əsasən çalışdırıcıdan razı qaldıqlarını açıqlayıb: “Yeni çalışdırıcımız Tomas Duli qısa müddət fəaliyyətdə göstərsə də, nəyə qadir olduğunu nümayiş etdirdi. Futbolçuların onunla necə canla-başla çalışması da diqqətimizdən yayınmadı. Düşünürəm ki, Filippin yığmasının tarixinin ən yaxşı dövrlərindən birinə doğru gedirik. Malayziya və Azərbaycanla oyunlarda hamıya sübut etdik ki, futbol oynamaq iqtidarındayıq. Ən əsası isə oynamaq istəyirik. Amma bəxtimiz heç gətirmədi. Rəqibin təzyiqi altında da yaxşı oyun göstərə bildik”.Qeyd edək ki, Azərbaycan millisi Filippini BƏƏ-nin Dubay şəhərində keçirilən qarşılaşmada 1:0 hesabı ilə yenib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail