“Qəbələ”nin məşqçiləri “Lion”un düşərgəsində FOTO

14.03.2014 | 3412 dəfə oxunub

Nəzəri və praktiki biliklərinin artırılması məqsədi ilə Fransanın "Lion" klubunun bazasında olan "Qəbələ" Futbol Akademiyasının məşqçi heyəti akademiya, əsas komanda və seleksiya qrupu ilə tanış olub.

Stadium.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, daha sonra "Lion" klubunun prezident müşaviri, Fransa futbol tarixinin ən yaxşı futbolçularından hesab olunan Bernar Lyakomb "Qəbələ" təmsilçilərinin qəbul edib. Görüş zamanı klub rəsmisi səfərin təfərrüatları barədə məlumat alıb.

Daha sonra “Qəbələ”nin nümayəndələri Avropa Liqası çərçivəsində baş tutan "Lion" - "Viktoriya" (Çexiya) matçı öncəsi meydan sahiblərinin son məşqini izləyib və "Lion"un baş məşqçisi Remi Qardla görüşüb.

Daha sonra nümayəndə heyəti "Lion" Futbol Akademiyasının inzibati binası və yataqxanası ilə tanış olub. Təmsilçilərimizə seleksiya qrupunun iş prinsipləri barədə məlumat verilib, "Qəbələ" Futbol Akademiyasının seleksiya qrupunun iş prinsipləri arasındakı bənzər və fərqli cəhətlər müzakirə edilib.

Günün sonunda nümayəndə məşqçilər heyəti akademiya komandalarının məşqlərini izləyib. Ardından isə məşqçilər meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşan "Lion" - "Viktoriya" matçına tamaşa ediblər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail