Türkiyədə oynayan azərbaycanlı vətənə qayıdır

15.03.2014 | 3673 dəfə oxunub

Türkiyənin PTT I Liqa klubu “Dənizlispor”da çıxış edən Saşa Yunisoğlunun gələcək karyerası qaranlıq olaraq qalmaqdadır. Məsələ burasındadır ki, yığmamızın sabiq müdafiəçisi qardaş ölkədə xoşbəxt deyil. Artıq xeyli müddətdir ki, “Dənizlispor” rəhbərliyi futbolçuların məvaciblərini ödəmir. Bundan narazı olan Yunisoğlunun yayda klubunu dəyişəcəyi istisna olunmur. Onu da bildirək ki, Saşa hazırda zədəsini sağaltmaqla məşğuldur. Bu səbəbdən o, son oyunlarda komandasına kömək edə bilmir. Yunisoğlu hazırkı vəziyyətinə aydınlıq gətirdi: “Buradakı vəziyyət düzələn deyil. Pulumuzu vermirlər. Təbii ki, hazırkı vəziyyət ürəyimcə deyil. O ki qaldı gələcək karyerama, hələ təklif yoxdur. İndidən kim təklif göndərər ki? Çünki PTT I Liqada mövsümün sonuna 2, Azərbaycan çempionatında isə 3 ay vaxt qalıb. Mövsümün sonuna qədər gözləmək məcburiyyətindəyəm. Hələlik ağlımdan heç nə keçmir, gələcək karyeramla bağlı plan qurmuram. Yalnız onu bilirəm ki, mövsüm bitəndən sonra bilet alıb, evimə qayıdacağam. Sonrasına baxarıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail