"Bakı" hazırlaşır, Əfran yoxdu

15.03.2014 | 3468 dəfə oxunub

“Bakı” sabah Topaz Premyer Liqasının 26-cı turu çərçivəsində evdə “Qəbələ” ilə qarşılaşacaq. Stadium.az xəbər verir ki, bu gün "zolaqlılar" oyunöncəsi son məşqini keçirib. Saat 11:00-da başlayan hazırlığa yüngül qaçışla start verilib. Ardından 4 qrupa bölünən futbolçular fərqli isinmə hərəkətlərini icra edib. Vacib qarşılaşma öncəsi kollektivdə əhval-ruhiyyəni yüksəldən baş məşqçi Milinko Pantiç oyunçularına topla ortadaqaldı oynamaq tapşırığı da verib. Daha sonra “kvadrat” və qısa məsafələrə sürətli qaçış təmrinini icra edən “zolaqlılar” sonda ikitərəfli oyunda sınanıb. Rəmzi olaraq “göylər” və “yaşıllar”ın mübarizəsində birincilər (4:0) üstün olub. Yüngül zədəsi olan Vadim Abdullayev fizioterapevt Radişa Milosavlieviçin rəhbərliyi altında fərdi proqram əsasında çalışıb. Əvəzində uzun müddətdi zədədən əziyyət çəkən Şəhriyar Əliyev kollektiv məşqlərə qoşulub. İcazəli olan Elvin Əliyevdən savayı, qabırqasında çat əmələ gələn Əfran İsmayılov hazırlığa qatılmayıb. İsmayılov 3 həftə yaşıl meydanlardan kənar qalacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail