Milinko Pantiç: "Mən nə edim ki?"

15.03.2014 | 3345 dəfə oxunub

Sabah “Bakı” Azərbaycan Topaz premyer-liqasının 26-cı turu çərçivəsində evdə “Qəbələ” ilə qarşılaşacaq. Stadium.az xəbər verir ki, bu gün oyunqabağı son məşqini keçən komandanın baş məşqçisi Milinko Pantiç görüş haqda fikirlərini açıqlayıb:

“Günbəgün oyunlar çətinləşir. Artıq turnir cədvəlində rəqibi önləmək üçün şans yaranıb. Cari mövsüm iki dəfə “Qəbələ”yə məğlub olmuşuq. Amma sabah bizi qələbə gözləyir. Eyni zamanda turnir cədvəlinin yuxarı pillələrində qərarlaşmış komandalar arasında bir-iki xallıq fərqlər var. Bu isə özlüyündə rəqabəti daha da çətinləşdirir. Əsas rəqiblərlə aradakı xal fərqini aradan qaldırmaq işi məni qorxutmur. Sadəcə, AFFA-nın İcraiyyə Komitəsinin son iclasında növbəti mövsüm aşağı liqaya düşəcək komandanın olmaması haqda verilən qərarın çempionata marağı azaltmasını düşünürəm. Premyer Liqanın ortasında belə bir xəbərin çıxmasını mən heç yerdə görməmişəm. Nisbətən aşağı pillədə olanlar mübarizə aparmalı olduqları halda, bundan sonra ona əhəmiyyət verməyəcək. Marağın azalması bizi qayğılandırır. Ancaq mən nə edim ki, dəyişə biləcəyim bir şey yoxdur?! Son ana qədər avrokuboklara vəsiqə uğrunda döyüşməliyik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail