"Allahın köməyi ilə bu dəfə çempion olacağıq" AÇIQLAMA

17.03.2014 | 4286 dəfə oxunub

"İnter" üzərində qələbəni canlı izləyən "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl  maraqlı açıqlamalar verib. Stadium.az həmin açıqlamaları təqdim edir: "Maraqlı və gərgin oyun izlədik. Çox sevinirəm ki, komandam inamlı qələbə qazandı. Qarabağ hər tur çempionluğa bir addım da yaxınlaşır. Buna görə də sevincimin həddi-hüdudu yoxdur. Komandamdan çox razıyam" - deyə, klub rəsmisi qeyd edib. 
 
21 illik çempionluq həsrətinə son qoymağa çox yaxın olduqlarını bildirib: "Allahın köməyi ilə bu dəfə çempion olacağıq. Bu fürsəti əldən verməməliyik. Çempionluq çox yaxındır. Ancaq yaddan çıxarmaq olmaz ki, futbolda gözlənilməz nəticələr də olur. Komandam qəti arxayınlaşmamalı, sona kimi mübarizəni davam etdirməlidir. Bizim üçün hər tur önəmlidir. Komandam bütün oyunlarda belə mübarizə aparsa, çempion olacağıq". 
 
"Komandanız Çempionlar Liqasının qrup turnirinə düşə bilərmi" sualını, klubun vitse-prezidenti belə cavablandırıb."İlk növbədə milli çempionatın qalibi olub Çempionlar Liqasında iştirakımızı təmin etməliyik. "Qarabağ" hər zaman Azərbaycanın ən aparıcı klubu olub və ölkəmizi Avropada layiqincə təmsil etməyə çalışıb. İnanıram ki, yenə uğurlu nəticələr qazanmaqla sözümüzü deyəcəyik".
 
supersport.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail