"Rəvan" "Bakı"yla oyuna xüsusi hazırlaşır

17.03.2014 | 3404 dəfə oxunub

"Rəvan” həftəiçi Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Bakı” ilə cavab görüşünə çıxacaq. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, çərşənbə günü saat 14:00-da başlayacaq oyun üçün komanda tam qüvvə ilə hazırlaşır.

Hətta bu oyuna görə baş məşqçi Güvənc Kurtar "Simurq”la səfər oyunu üçün Zaqatalaya 4-ü cəzalı futbolçu olmaqla 10 aparıcı oyunçunu aparmamışdı. Bakıda qalan futbolçular "Bayıl Arena”da köməkçi məşqçilərin rəhbərliyi altında məşqləri davam etdirirdi. Bu gün isə komanda yenidən tam şəkildə toplaşıb. "Bayıl Arena”da baş tutan axşam məşqində komandanın bütün üzvləri iştirak edib.

Ənənəvi isinmə hərəkətlərindən sonra futbolçular taktiki-texniki hazırlığa başlayıb. Müxtəlif təmrinlərin həyata keçirildiyi məşqdə taktiki gedişlər üzərində də çalışılıb. Sonda futbolçular standart vəziyyətlər üzərində də işləyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail