AFFA birinci divizion klublarına cəza kəsdi

18.03.2014 | 3722 dəfə oxunub

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Stadium.az xəbər verir ki, komitə üzvləri I divizionun XXI turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib. Qərarları təqdim edirik:

“Lokomotiv” - “Mil-Muğan” matçında “Lokomotiv” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.
Oyun başa çatdıqdan sonra “Mil-Muğan” klubunun baş məşqçisi Mətləb Məmmədov və məşqçisi Səbuhi Məmmədov hakimləri təhqir etdiyinə və onlara fiziki təsir göstərməyə cəhd etdiyinə görə hər iki məşqçi 10 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur. Cəza müddəti dövründə adıçəkilən məşqçilərin “Mil-Muğan” klubunun iştirakı ilə keçirilən matçlarda stadiona girişinə qadağa qoyulur.

“Neftçala” - “Qaradağ” matçında hər iki klubun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.
Oyunun 19-cu dəqiqəsində “Qaradağ” klubunun prezidenti Tahir Mustafayev hakimləri təhqir etdiyinə görə 5 oyunluq cəzalanır, klub 500 manat cərimə olunur.
Oyunun 90+3-cü dəqiqəsində “Qaradağ” klubunun futbolçusu Musa Rəhimov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur.
Oyunun 90+3-cü dəqiqəsində “Qaradağ” klubunun məşqçisi Nasim Əhmədov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlşadırıldığı üçün 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur .

“Ağsu” - “Turan-T” matçında “Ağsu” klubunun 4  futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.
Oyunun 7-ci dəqiqəsində “Turan-T” klubunun futbolçusu Mehman Hacıyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur.

“Bakılı” - “Karvan” matçında “Bakılı” klubunun 4  futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur. Oyunun 85-ci dəqiqəsində “Bakılı” klubunun futbolçusu Elvin İsmayılov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail