Milinko Pantiç: "“Bundan sonra..."

22.03.2014 | 3669 dəfə oxunub

“Əlbəttə, ölkə kubokunun 1/4 finalında “Rəvan”a yenilib, mübarizəni dayandırmaq üzücüdü. Ancaq olanlar keçmişdə qaldı”. Stadium.az xəbər verir ki, bunu “Bakı”nın baş məşqçisi Milinko Pantiç deyib.

Təcrübəli mütəxəssis Topaz Premyer Liqasının XXVII turu çərçivəsində AZAL-la oyun barədə danışıb. Pantiç bildirib ki, qarşılaşmada toparlanıb, qələbə barədə düşünməlidirlər: “Bundan sonra Premyer Liqa qarşılaşmalarına var gücümüzü qoymalıyıq ki, avrokuboklara vəsiqə qazanaq. Sabah AZAL-ı yenə bilsək, III dövrədə 18 xal toplamış olacağıq. Bu isə əvvəlki dövrələrdəkindən daha yaxşı nəticə sayılacaq. Bütün çətinliklərə baxmayaraq, futbolçularımda ruh yüksəkliyi yaratmağa çalışıram. Mətbuatda Marius Penanın “qara siyahı”ma düşməsi ilə bağlı yazılanlara gəlincə, deyim ki, o sabah mənimlə birgə olacaq. Bu cür fikirlərin mənası yoxdu. Hazırda müalicə alan Rauf Əliyevin xidmətindən isə “Simurq”la oyunda yararlana biləcəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail