"Qəbələ"ni məğlub edəcək gücdəyik" AÇIQLAMA

23.03.2014 | 3665 dəfə oxunub

"Ölkə kubokunda şanssız şəkildə "Neftçi" ilə mübarizədə iştirakımızı dayandırdıq. Üstünlük bizim tərəfdə olsa da, kənarda qaldıq.İndi bütün fikrimiz "Qəbələ" ilə oyuna yönəlib. Qələbə üçün oynayacıq". Bu sözləri Stadium.az-a açıqlamasında "İnter"in qapıçısı Səlahət Ağayev deyib.

Gənc qolkiper "Qəbələ"ni məğlub edərək turnir cədvəlindəki vəziyyətlərini bir az da yaxşılaşdırmaq istədiklərini söylədi: "Kubokdan kənarda qaldıq. İndi avrokuboklara vəsiqə qazanmaq üçün çempionatdakı vəziyyətimizi maksimum dərəcədə yaxşılaşdırmaq istəyirik. "Qəbələ"ni məğlub edəcək gücdəyik. Üç xalı qazanmaq üçün sona kimi oynayacıq".

"Kamran Ağayev bir nömrədi. Milli komandada əsas qapıçı odu. Mən də milli üçün hər şey etmək istəyirəm. Etibarlı oynamaq üçün məşq edirəm" deyə Səlahət fikirlərini yekunlaşdırıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail