"Qarabağ" qalib gələrək..." TURA ŞƏRH

23.03.2014 | 4482 dəfə oxunub

Bu gün Premyer Liqanın 27-ci turunun oyunları keçiriləcək. Stadium.az xəbər verir ki, bütün oyunlar eyni gündə baş tutacaq. Ölkənin tanınmış futbol adamı, "Qarabağ"ın məşqçisi Samir Musayev oyunlara şərh verib.

"Xəzər Lənkəran" - "Simurq"

"Xəzər Lənkəran" bəzi oyunçularına istirahət verəcək"

"Turun adi oyunlarından biridi. "Xəzər Lənkəran" əsas diqqətini kubok oyunlarına yönəltdiyindən ola bilsin ki, bu görüşdə bəzi oyunçularına istirahət verdi. Çünki "Xəzər"in çempionatda heç bir iddiası yoxdu. "Simurq" da həmçinin çempionatda heç bir iddiası qalmayan klubdu. Ona görə də deyirəm ki, bu "Simurq" üçün də adi oyundu. Hər halda Zaqatala klubunun məğlub olmayacağını fikirləşirəm".

"Rəvan" - "Neftçi"

"Rəvan"ın "Neftçi"dən xal alacağı inandırıcı görünmür"

"Neftçi" üçün çox vacib oundu. Çünki turnir cədvəlində "Neftçi"dən sonra gələn komandalar demək olar hamısı xal itirə bilər. "Neftçi" də bundan istifadə etməlidi. Kubok oyunlarında "Neftçi" bəzi oyunçularını qorudu. Bu da çempionata daha çox güc ayırdığını göstərir. "Rəvan" tarixində isə ilk dəfə yarımfinala çıxdı. Onlar bütün gücünü və diqqətini kubok matçına yönəldib. "Rəvan"ın "Neftçi"dən xal alacağı heç inandırıcı görünmür. Amma futboldu, hər şey olar. "Neftçi"nin qalib gələcəyini düşünürəm".

AZAL - "Bakı"

"Bakı"nı çətin oyun gözləyir"

"Bakı" AZAL-a bu oyunda qalib gələrsə ikinci yeri tutmaq üçün şansı olacaq. "Bakı" ardıcıl üç oyundu ki, qalib gələ bilmir. Bu uğursuzluq zolağından çıxmaq üçün AZAL-a mütləq qalib gəlmək lazımdı. AZAL yeni baş məşqçisi ilə debüt oyununa çıxacaq. AZAL-lı futbolçular baş məşqçinin etibarını qazanmaq üçün oynayacaq. Əsas heyətdə özlərinə yer etmək üçün AZAL-lı futbolçular sona  kimi oynayacaq. Məhz buna görə də "Bakı"nı çətin oyun gözləyir".

"Qəbələ" - "İnter"

"Həm "İnter", həm də "Qəbələ" üçün çətin oyundu"
 
"Turun mərkəzi oyunudu. Hər iki komanda qalib gəlməyə çalışacaq.Çünki Avropa Liqasına düşmək üçün bu oyunda qalib gəlmək lazımdı. Əgər "İnter" "Neftçi"yə qarşı kubokda keçirdiyi oyunu oynasa, "Qəbələ" üçün çətin olacaq. Eynilə "Qəbələ" də "Qarabağ"a qarşı göstərdiyi istəkli oyunu təkrarlasa, "İnter"i də çətin oyun gözləyir. Məncə, hansı komanda çox istəkli oynasa, həmin komanda da qalib gələcək".

"Qarabağ" - "Sumqayıt"

"Qarabağ" qalib gələrək..."

"Qarabağ" üçün bu komandaya qarşı oynamaq hərdən çətin olur. Ona görə də "Qarabağ" bu oyuna ciddi hazırlaşıb. Bu cür komandalara qarşı xal itirmək "Qarabağ" üçün hazırki vaxtda yol verilməzdi. Bu oyunda qazanılacaq üç xal çempionluğa daha da yaxınlaşmaq deməkdi. "Qarabağ"ın bu oyundan maksimum xal çıxaracağına inamım böyükdü. "Sumqayıt" baxımlı oyun nümayiş etdirməyə çalışacaq. "Sumqayıt" da həmişəki kimi gənc futbolçuların təcrübə toplaması üçün oynayacaq. "Qarabağ"ın bu oyunda qalib gələcəyini düşünürəm. "Qarabağ" qalib gələrək izləyicilərindən bir az da uzaqlaşa bilər".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail