Güvənc Kurtar: "Qarşıda kubok oyunumuz olduğu üçün bəzi şeyləri gizli saxladıq"

23.03.2014 | 5269 dəfə oxunub

“Üç gün öncə 120 dəqiqə futbol oynadıq. Buna baxmayaraq, komanda yorğun deyildi. Fikrimcə, bu gün daha yaxşı oynadıq. Həftədə iki oyun oynayanda bəhanə axtarmamalıyıq. Komanda məğlub olsa da, futbolçularımı mübarizə əzminə görə təbrik edirəm". Stadium.az xəbər verir ki, bu sözləri "Rəvan"ın baş məşqçisi Güvenc Kurtar Topaz Premyer Liqanın 27-ci turunda "Neftçi" ilə oyundan (0:1) sonra deyib.

Türkiyəli çalışdırıcı matçın hakimi Ramin Diniyevin qərarlarından narazılığını ifadə edib: "Artıq neçənci dəfədir ki, futbolçumuza qırmızı vərəqə göstərilir. Rəqib futbolçuların eyni hərəkətini isə hakim cəzalandırmır. Rəqibin cərimə meydançasına yaxın yerdə oyunçumuza qarşı qayda pozuntusu olur, hakim qol olar deyə cərimə zərbəsini təyin etmir. Kubok oyununa daha təcrübəli hakimin təyinat alacağına ümid edirəm. İlk qol vurulmamışdan öncə oyunçumuza qarşı qayda pozuntusu var idi. Rəqibin 32 nömrəli futbolçusu bizim oyunçudan öncə qırmızı vərəqə almalı idi. Qarşıda kubok oyunumuz olduğu üçün bəzi şeyləri gizli saxladıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail