"Təəssüf ki, qrup mərhələsində xalsız qaldıq" AÇIQLAMA

24.03.2014 | 3566 dəfə oxunub

“Əvvəla Rumıniya yığmasını qələbə münasibətilə təbrik etmək və onlara 2014-cü il Avropa çempionatının Elit seçmə mərhələsində uğurlar arzulamaq istərdim. Oyunumuza gəlincə, biz turnirdəki əvvəlki matçlarımızdakı kimi mümkün olan hər şeyi etdik. Ancaq təəssüf ki, “Kuban baharı”nın qrup mərhələsində xalsız qaldıq”. Stadium.az xəbər verir ki, bunu 19 yaşadək qız futbolçulardan ibarət yığmamızın baş məşqçisi Patrisiya Qonsales deyib.

Bu gün Rusiyanın Soçi şəhərində keçirilən “Kuban baharı” turnirinin qrup mərhələsinin son oyununda millimiz Rumıniya ilə qarşılaşıb. Görüş rumıniyalıların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Komandamızın liderlərindən olan yarımmüdafiəçi Nigar Cəlilli bu matçda 80 dəqiqəni əvəzolunmadan keçirib. Cəlilli Rusiyaya 0:3 hesabı ilə uduzduqları oyundakı kimi yaxşı çıxış etmədiklərini bildirib: “Biz tərəfdən oyun çox yaxşı deyildi. Əvvəlki – Rusiyaya qarşı keçirdiyimiz matçdakı kimi oynadıq. Ancaq qeyd etmək lazımdır ki, komanda sonadək döyüşdü. Sadəcə elə baş verdi ki, heç nə alınmadı”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail