"İnter" avrokuboklarda oynamağa layiqdi"

24.03.2014 | 3855 dəfə oxunub

“Öncə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etmək istəyirəm. Oyunla əlaqədar isə onu demək istəyirəm ki, bu qarşılaşmada biz əsl “İnter”i gördük”. Stadium.az xəbər verir ki, bunu “İnter”in direktoru Natiq Məmmədov deyib.

“İnter” dünən Premyer Liqanın XXVII turu çərçivəsində keçirilən “Qəbələ” ilə səfər matçında 4:1 hesabı ilə qalib gəldi. Veteran futbolçu, AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadovla birgə Qəbələdə tribunadan matçı seyr edənlərdən biri də Natiq Məmmədov olub.

Matçdan sonra o, oyunla bağlı fikirlərini bölüşüb: “Komanda bu görüşü əla keçirdi və layiqli qələbə qazandı. Kubokda çıxışı dayandırdıqdan sonra komanda tamamilə çempionata köklənib. Bizi mükafat yerləri uğrunda çətin mübarizə gözləyir və göstərməliyik ki, məhz “İnter” ölkəmizi avrokuboklarda təmsil edəcək komandalardan biri olmağa layiqdir. Komandanın qarşısında qitə miqyaslı yarışda çıxış etmək hüququ verəcək yer tutmaq vəzifəsi dayanır və biz bu məqsədə doğru addımlayacağıq. Qarşıda bizi 9 tur gözləyir və bu mərhələ, sözsüz ki, ən məsuliyyətlisi olacaq. Həmin mərhələni daha yaxşı keçməyə və mövsümü yüksək mövqedə yekunlaşdırmağa çalışacağıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail