"Bakı"nın futbolçusu klub prezidenti təyin edildi

25.03.2014 | 4263 dəfə oxunub

“Bakı” və Latviya milli komandasının sabiq futbolçusu Maris Verpakovski yeni vəzifədə fəaliyyətə başlayıb. Stadium.az xəbər verir ki, 34 yaşında karyerasını bitirmiş Verpakovski vətəni Latviyada yeni yaradılan “Liepaya” klubunun prezidenti seçilib.
 
Liepaya şəhərini “Metallurq”un dağılmasından sonra ölkə çempionatında məhz bu komanda təmsil edir. Artıq ilk turda Verpakovskinin klubu “Metta” ilə üz-üzə gəlib və 2:1 hesablı qələbə qazanıb. “Liepaya”nın start heyətinə ötən mövsümlərdə Azərbaycan Premyer Liqasında çıxış etmiş 3 futbolçu da daxil edilib. Bunlar “Xəzər Lənkəran” və “Rəvan”ın slovakiyalı sabiq müdafiəçisi İvan Pexa, “Qəbələ”, “Rəvan” və “Qarabağ”ın argentinalı keçmiş yarımmüdafiəçisi Kristian Torres, eləcə də “Gəncə” və “Simurq”un latviyalı eks-forvardı Kristap Qrebis olub. Torres 76 dəqiqə, Pexa və Qrebis sonadək meydanda olub. Üstəlik, latviyalı hücumçu 60-cı dəqiqədə bərabərlik qolunun müəllifi olub.

Verpakovski UEFA-nın rəsmi saytına açıqlamasında növbəti oyunlarda “Liepaya”nın heyətində futbolçu kimi meydana çıxmasının mümkünlüyünü dilə gətirib: “Doğma şəhərimdə vəziyyətin çox ağır olduğu anda necə yan keçə bilərdim? Bu mənada atdığım addımı təbii sayıram. İlk növbədə, şəhər rəhbərliyinə və futbolçularımıza minnətdaram. Xoşbəxtəm ki, ümumi səylərlə Liepayada futbolu qoruduq. Burada futbolu həmişə seviblər və sevirlər. Kim bilir, bəlkə “Liepaya” formasında da meydana çıxacağam”.
Qeyd edək ki, Maris Verpakovski “Bakı”da 2011-ci il iyunun 30-dan bu il yanvarın 30-dək forma geyinib. O, Azərbaycan klubunda 27 oyuna 3 qol vurub. Verpakovskinin son komandası isə ötən ilin sonlarında tərk etdiyi Yunanıstan “Erqotelis”i olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail