"Fiziki cəhətdən özümü hazır hiss edirəm" MÜSAHİBƏ

26.03.2014 | 4826 dəfə oxunub

“İnter”in xorvatiyalı müdafiəçisi Matiya Şpiçiç müsahibə verib


- “Qəbələ” ilə oyunda yaxşı oynadız və 4:1 hesbaı ilə qələbə qazandız. Bu cür olacağını gözləyirdiz?

- Oyun bizim üçün çox maraqlı keçdi. Təbii ki, biz Qəbələyə qələbə ardınca getmişdik. Ancaq hesabın belə olacağını gözləmirdik. Düşünürəm ki, super oynadıq və qələbəyə layiq idik.


- Buna qədər “Qəbələ” ilə iki dəfə qarşılaşmışdız və hər ikisində məğlub olmuşduz. Həmin məğlubiyyətlər oyunöncəsi sizi qorxutmurdu ki?

- Düzdü, iki dəfə məğlub olmuşduq “Qəbələ”yə. Amma başa düşürüdük ki, qələbə qazanmaq istəyiriksə, bunu əldə edə bilərik. Elə ona görə də üç xal bizim oldu. Digər tərəfdən, əlimizə düşən qol imkanlarından maksimum yararlandıq və nəticədə qalib gəldik.


- Sən də qol vurdun. Gözlənilməz olmadı?

- İndi belə alındı ki, mən imkanımdan istifadə etdim. Kaxaber Sxadadze tapşırıq vermişdi ki, tez-tez hücumlara qoşul. Mən də bunu etdim. Uğurlu da alındı. Qol vurduğuma görə sevinirəm.


- Hər oyundan sonra statistikaya görə “İnter”də ən çox qaçan oyunçu seçilirsən. Yorulmursan bu qədər qaçmaqdan?

- (gülür) Belə alınır. Baş məşqçi deyir ki, komanda hücuma geədəndə sən də qoşul. Təbii ki, hər dəfə hücuma keçib geri qayıtmaq asan olmur. Amma fiziki cəhətdən özümü hazır hiss edirəm. 


- “İnter”in avrokuboklara düşəcəyi inanıdırıcıdı?
- Biz hamımız buna inanırıq. Mövsümü minimum 3-cü pillədə başa vuracağımıza əminik. Avrokuboklara düşmək əsas məqsədimizdi.



- Qarşıdakı turda “Rəvan”la qarşılaşacaqsız. Bu komanda son turda uduzmağına baxmayaraq yüksəlişdədi. Necə düşünürsən, bu mövsüm 5:1 hesabı ilə məğlub etdiyiniz komandadan üç xal götürmək çətin olmayacaq ki?

- Bu dəfə tamam başqa oyun olacaq. Çünki “Rəvan” ölkə kubokunun yarımfinalına vəsiqə qazanandan sonra onlarda yüksəliş gedir. Əhval-ruhiyyə də yaxşıdı. İndi özlərinə çox inanırlar. Ona görə də asan oyun olmayacaq. Amma biz evdə oynayırıq və qələbə qazanmağa borcluyuq.

sportinfo.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail