"Dinamo"nun əfsanəsi ötən illərə qayıtdı: "Neftçi" burada məskunlaşmışdı" MÜSAHİBƏ

28.03.2014 | 5072 dəfə oxunub

Kiyev “Dinamo”sunun keçmiş yarımmüdafiəçisi Viktor Serebryannikov ötən illəri xatırlayaraq, “Neftçi”nin futbolçularının onun yanına bazaya “oyun dalınca” gəlməsini yada salıb. Stadium.az xəbər verir ki, söhbət 1966-cı il SSRİ çempionatının qabaqcadan alınmış “Neftçi” və OİK (Rostov) arasında keçirilmiş oyunundan gedir.
 
- Bir dəfə siz Maslovu göz yaşlarına qərq etdiniz...
- 1966-cı il. Bakı və Rostov gümüş uğrunda mübarizə aparır. “Neftçi”nin Kiyevdə oyunu var. Axşam bazaya, mənim yanıma yeniyetmələr yığmasında birgə oynadığım uşaqlar gəldilər: Banışevski, Makarov, Bruxti. Ümid edirlər. Aydındır, onlara oyun lazımdır. Cavabım bu oldu: “Komanda ilə məsləhət edəcəyik. Babaya (Maslov - red.) deməyəcəyəm”.
- Nə üçün?
- Maslov əvvəllər Rostovu məşq etdirirdi və bu qovhaqovda onların tərəfində idi. Kisəni mənə uzatdılar, hətta orada nə qədər olduğunu da bilmirdim. Əsas heyətin 11 futbolçusunu yığdıq. Əgər oyunu veririksə, pulları elə indicə qapırıq. Yoxsa, qaytarırıq. Hamı “lehinə” səs verdi və gözlənilmədən Bışovets səslənir.
- Nə deyir?
- Deyir: “Qardaşlar, birdən Şerbitskiy xəbər tutsa?” Cavab verirəm: Sən deməsən, kim biləcək? Yox əgər istəmirsənsə, yaxşı, pulları qaytarım”. Kisə ilə çıxışa doğru yollandım. Bışovets dalımca elə qaçıb maykamdan çəkdi ki... Az qala cırmışdı: “Əşi, zarafat elədim! Ver bura!”. Hamımız birlikdə “Moskva” mehmanxanasına yollandıq. “Neftçi” burada məskunlaşmışdı. Danışdıq, razılaşdıq ki, bizi bir top fərqi ilə məğlub edəcəklər. Ancaq Bışovets meydanda hoqqabazlığa başladı. Bombardirliyə can atırdı. Xərac aldı, ancaq qol vurdu. Biz hər halda, uduzduq: 1:2. Baba heç nə demədən maşına oturdu, çıxıb getdi. Acığından ağladı. Biz onu satmışdıq.
Pullar heç olmasa, Maslova çatdı?
- Onun haqqı məndə idi. Nə edim, necə edim? Zəng edirəm: “Viktor Aleksandroviç...” - “Lənətə gəlmiş əclaf!” - “Gəlmək olar?” Hər şeyi ona danışdım. Həm sözləşmə, həm Bışovets haqda. Kisəni verdim. İçində ancaq yüzlüklər ilə 1500 vardı. O, ortada nə qədər pul olduğunu görüb təşvişə düşdü: “Məni basacaqlar içəri!”



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail