"Barselona"ın sabiq üzvü "İnter"ə gəlir FOTO

29.03.2014 | 3967 dəfə oxunub

Bir neçə gün əvvəl Kaxaber Sxadadzenin İvan Benitezi komandadan göndərmək istədiyi haqda xəbər vermişdik. Stadium.az xəbər verir ki, gürcü mütəxəssis Benitezin əvəzinə komandaya gətirəcəyi oyunçunun adını da müəyyənləşdirib. Benitezin əvəzinə komandaya elə ispan stoper gətiriləcək. Özü də gətiriləcək müdafiəçini Sxadadaze üç ilə yaxındı ki, izləyir. Belə ki, Tbilisinin "Dinamo" klubunun üzvü olmuş Karlos Koto yayda "İnter"ə qoşulacaq. Mikel Alvaronu "Dinamo"dan alarkən Kotonu da "İnter"əə gətirmək istəyən Kaxanın həmin vaxtı arzusu ürəyində qalıbmış. Amma bu dəfə gürcü Kotonu yola gətirə bilib.  Tam adı Karles Koto Paxes olan müdafiəçi 1988-ci ildə İspaniyanın Fiqueres şəhərində doğulub. “Barselona”nın aşağı yaş qruplarında oynamış Koto “Muskron”(Belçika), “Sevilla B”, “Benidom”(ikisi də İspaniya), “Anortosis”(C. Kipr), “Dinamo”(Minsk) klublarında oynayıb. Qışda isə Özbəkistanın “Bunyodkor” klubu ilə yarımillik müqavilə imzalayan Koto yayda “İnter”ə qoşulacaq. İspaniyalı müdafiəçi “Bunyodkor”un heyətində Asiya Çempionlar Liqasında üç oyun keçirib.

sportinfo.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail