"Belə şeylər Tolikin ruhunu incidir. İylənmiş donuzlar, “alkaş” yığınıdır" Tuayev münasibət bildirdi

29.03.2014 | 4928 dəfə oxunub

“Viktor Serebryanikovun söylədiyi fikirlərlə tanışam. Əslində, onun dediklərinə məhəl qoymazdım. Amma...”. Stadium.az xəbər verir ki, bu sözləri Azərbaycan futbolunun veteranı, hazırda AFFA-nın İcraiyyə Komitəsinin üzvü olan Kazbek Tuayev deyib. O, 1966-cı ildə “Neftçi” klubunun heyətində SSRİ çempionatında qazanılan bürünc medala ləkə salan ukraynalı Viktor Serebryanikovun ittihamlarına ittihamla cavab verib. Tuayev Kiyevdə bakılılara 1:2 hesabı ilə uduzan “Dinamo”nun oyunu satdığını iddia edən sabiq futbolçunun dedikləri ilə razılaşmayıb: “Mən indi həyatda olmayanların çirkaba bulaşdırılmasına göz yuma bilmərəm. Onlar içki düşkünləridir. Həm Serebyanikov, həm də Vitali Xmelnitski tükənmiş insanlardır. Başlarında heç nə qalmayıb deyə, ağızlarına gələni danışırlar. Ukraynanın bir dənə əfsanəsi - Valeri Lobanovskisi vardı. Onun da heykəlini dağıtdılar. Gedib, bunun dərdini çəksinlər. Bunun əvəzinə, dünyasını dəyişmiş adamların ruhlarını incidəcək şeylər danışırlar. Anatoli Banişevskinin adını hallandırmaq nəyə lazımdır? Belə şeylər Tolikin ruhunu incidir. İylənmiş donuzlar, “alkaş” yığınıdır”. Veteran futbolçu bildirib ki, bununla bağlı mətbuat konfransı keçirməyi planlaşdırırlar: “Yaxşı ki, vaxtilə “Dinamo”da oynayanların hamısı belə deyil. Amma Serebryanikov və onun kimilərin cavabını daha sərt şəkildə vermək istəyirəm. Bu üzdən yaxın günlərdə bir neçə jurnalisti başıma yığacam. Siz və bir neçə həmkarınız olsa, kifayətdir”. Qeyd edək ki, Serebryanikov Ukrayna mətbuatına müsahibəsində həmin oyunu satdıqlarını və bunun “Neftçi”nin bürünc medal qazanmasında böyük rol oynadığını iddia edib. apasport.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail