Pantiç nəyə işarə etdi: "Bunların niyə baş verdiyini anlamıram"

29.03.2014 | 4450 dəfə oxunub

"Qələbə qazandığımız üçün şadam. Komanda var gücünü ortaya qoydu. Çətin qələbə qazandıq. Meydanda və kənarda baş verənlər var ki, biz buna müdaxilə edə bilmirik. İlk hissədə iki qol vurduq, ikinci hissədə isə müdafiədən oynadıq". Stadium.az xəbər verir ki, bu sözləri "Bakı" klubunun baş məşqçisi Milinko Pantiç "Simurq"la oyundan sonra (2:1) keçirilən mətbuat konfransında deyib. 

Serbiyalı mütəxəssis gənc yerli futbolçulara dəstək olacağını bildirib: “Neftçi” ilə oyunda cəzalı duruma düşən Vüqar Mustafayev və Araujo Santos oynaya bilməyəcək. Bunların niyə baş verdiyini anlamıram. Ola bilsin ki, bu, belə olmalı idi. Bir tərəfdən yaxşıdır ki, “Xəzər Lənkəran”la oyunda iştirak edə biləcəklər. Bilmirəm niyə Ruben Qonzalezə də vərəqə göstərmədilər. Onun da 3 vərəqəsi var, cəza limitində idi. Sevinirəm ki, bu gün heyətdə 4 gənc futbolçu oynadı. 

Azərbaycan futboluna kömək etmək üçün gəlmişəm. Burada olduğum müddətdə gənc yerli fubtolçulara dəstək olacam. Vüqarı məcbur etsən də, danışan deyil. Onu meydandan niyə qovduqlarını anlamıram? Serb dilini anladığım üçün Draqan Çeranın da söydüyünü eşitdim. Hər söyüşə görə qırmızı vərəqə verəndə gərək meydanda oyunçu qalmasın. Rauf Əliyev məşqdə oyuna hazır olduğunu bildirmişdi. Zədə alması bizim üçün gözlənilməz oldu”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail