Millinin keçmiş üzvü: “31 mart nə günüdür ki?”

01.04.2014 | 4105 dəfə oxunub

Martın 31-də - yəni ötən gün ölkəmizdə anım günü idi. 96 il əvvəl – 1918-ci il martın 30-dan aprelin 3-ə kimi  Bakı Soveti daşnak erməni silahlı dəstələrinin Bakı şəhərində Bakı quberniyasının müxtəlif bölgələrində, o cümlədən ŞamaxıQubaXaçmazLənkəranHacıqabul, SalyanZəngəzur, QarabağNaxçıvan  digər ərazilərdə azərbaycanlılara qarşı amansız vəhşilik törədiblər. Rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb. Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırım Günü kimi qeyd olunur. Bundan başqa aprelin 2- Kəlbəcərin işğal günüdür. Yüzlərlə şəhid verən Kəlbəcər 1993- il aprelində erməni silahlı qüvvələri tərəfindən işğal olunub, rayonun 60 minə yaxın əhalisi qaçqın düşüb.

Əslində bunlar haqda hər bir azərbaycanlının məlumatı olmalıdır. O cümlədən futbolçuların da. Bəs, görəsən bizim peşəkarlar bu tarixlərdən xəbərdardılarmı? Əsasən gənc futbolçularla əlaqə saxlayıb kiçik bir sorğu apardıq. Nəticəsi? Allah gələcəyimizi qorusun!

İlk müraciət etdiyimiz futbolçuSimurqlu Nicat Qurbanov oldu. Nicat 31 martın soyırım günü olduğunu bilsə , Kəlbəcərin işğal günündən xəbərsiz olduğunu söylədi: “31 martda ermənilər Azərbaycan xalqına qarşı soyqırım törədib. Bu tarixdə mənfur düşmənlərimiz xalqımıza qarşı amansız işgəncələr ediblər. Amma vallah aprelin 2-si hansı haidsənin baş verdiyini dəqiq bilmirəm. Ola bilər ki, hansısa rayonumuzun işğal tarixidir. Amma dəqiq heç bir məlumatım yoxdu”.

Araz Naxçıvanın üzvü Eşqin Quliyevin cavabı demək olar ki Qurbanovun söylədikləri ilə üst-üstə düşdü. Soyqırım haqqında bir qədər danışan Eşqin Kəlbəcərin işğalından xəbərsiz olduğunuVallah bilmirəmdeməklə bildirdi.

Xəzər Lənkəran Kamran Abdullazadənin mart hadisələrindən xəbəri var. Amma aprelin 2-i ilə bağlı...: “Aprelin 1-i gülüş günüdür. Aprelin 2-dən isə xəbərim yoxdu”.

Bakı oğlan Elvin Məmmədovun cavabı isə digərləri ilə müqayisədə əksinə oldu. Elvin aprelin 2- Kəlbəcərin işğal olunduğunu söyləsə mart hadisələri ilə bağlı verdiyi cavab acınacaqlı idi: “1 mart ? Hmmm. günüdür ? günü? Bilmədim...”. Bu arada bir məqama aydınlıq gətirmək yerinə düşər. Düzü, əvvəl Elvin Kəlbəcərin işğal günündən xəbərsiz olduğunu demişdi. Sonradan yenidən əlaqə saxlayaraq rayonumuzun aprelin 4- işğal olunduğunu bildirməklə bizi səhv çıxarmağa çalışdı. Həqiqətən, internet məkanında Kəlbəcərin işğalı müxtəlif mənbələrdə fərqli göstərilir. Ən acınacaqlısı isə odur ki, virtual aləmdə Kəlbəcər haqqında doğru-dürüst geniş məlumat əldə etmək çətin məsələdi.

isə... Keçək növbəti iştirakçımıza. SöhbətQarabağ İlqar Qurbanovdan gedir. Vaxtilə millimizin sayıb-seçilən üzvü olan Qurbanovun cavabı adamda ancaq təəssüf hissi doğurur. 31 martla bağlı sualaYox, bilmirəm. günüdür ki?” deyə sualla cavab verən İlqar növbəti sualı dinləməmiş əlaqəni kəsdi. Yəqin ki, 31 mart haqqında məlumat toplamağa yollandı.

Əlaqə dedik, yadımıza Kamran Ağayev düşdü. Millimizin qapıçısı ilə əlaqə saxlayanda qəribə cavab aldıq. Sualı dinlədikdən sonra Kamran olmadığı deyərəkodboyverdi. Səs həmin səs idi. Yenə Kamran şükürlüdü, heç olmasa zənglərimizi cavabsız qoymadı. Millinin digər üzvləri Mahir Şükürov Rəşad Sadıqov ümumiyyətlə səsimizə səs vermədi. Allah böyüklərin xasiyyətini kəssin!

Amma böyük olub telefonu götürənlər tapıldı. Millimizin keçmiş üzvləri Samir Musayev, Fərrux İsmayılov Rəvanın keçmiş məşqçisi Müşfiq Qəmbərovla söhbət zamanı hər üçünün hadisələrdən xəbərdar olduqlarını öyrənə bildik. Onlarla yanaşıNeftçinin gənc üzvü Fəhmin Muradbəyli sullarımızı ətraflı cavablandıra bildi. Fəhmindən dediklərini əlaltından oxuyub-oxumamasını soruşanda isə ağıllı cavab verdi: “Sizə aldada bilərəm, bəs özümü? Bunların hamısını orta məktəbdə öyrənmişəm”. Doğrudan da kitab oxumaq lazımdır. “Hellasolmasa da olar.

İlkin Sultanlı

“Het-trik news”



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail