"Doğma arenada məğlub olmamışıq" AÇIQLAMA

02.04.2014 | 3792 dəfə oxunub

Aprelin 5-də 1-ci divizionun 24-cü turunda "Araz Naxçıvan" doğma arenada "Neftçala"nı qəbul edəcək. Stadium.az xəbər verir ki, qarşıdakı oyunla bağlı "qırmızı-ağlar"ın baş məşqçisi Əsgər Abdullayev klubun rəsmi saytına açıqlama verib. O, Neftçala təmsilçisinə ilk dövrədəki məğlubiyyətdən də danışıb: "İlk dövrədə keçirdiyimiz oyunda xeyli qol imkanını əldən verdik və məğlub olduq. Bu səhvləri qarşıdakı matçda təkrarlamamağa çalışacağıq. Biz çempionat ərzində bütün oyunlara eyni tərzdə hazırlaşmışıq. "Neftçala" matçı da istisna deyil. Çünki biz rəqiblər arasında fərq qoymuruq: istər "Göyəzən" olsun, istərsə də "Neftçala". Əsas olan komandamın qələbə qazanmasıdı. Bu görüşün bizim üçün əhəmiyyəti qələbə qazanıb çempionluq yolunda daha bir addım atmaqdan ibarətdi. Cari mövsümdə doğma arenada məğlub olmamışıq. Bu estafeti qarşıdakı matçda da davam etdirəcəyimizə inanıram".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail