AFFA məşqçilər üçün Pro Lisenziya kursu təşkil edəcək

02.04.2014 | 4108 dəfə oxunub

2014-cü il iyun ayından etibarən AFFA tərəfindən məşqçilər üçün UEFA-nın Pro Lisenziya kursu təşkil olunacaq. Stadium.az xəbər verir ki, kurs modullar şəklində keçiriləcək və fasilələrlə 1 il ərzində davam edəcək.
Kursda iştirak etmək üçün aşağıdakılar tələb olunur:

1. Ərizə;
2. Şəxsiyyət vəsiqəsinin surəti;
3. Sağlamlıq haqqında arayış;
4. 2 ədəd şəkil (3x4);
5. Minimum yaş həddi: 30;
6. A lisenziyası qüvvədə olmalıdır (müddətin uzadılmasından 3 ildən az müddət keçməlidir)
7. A lisenziyasını ən azı “3” qiyməti ilə almış olmalıdır;
8. A lisenziyası və diplomun surəti;
9. Premyer Liqa, I Divizion klublarında, Premyer Liqa klublarının əvəzedici komandasında və ya milli komandalarda ən azı 2 illik iş təcrübəsi.
Qeydlər:
Sənəd qəbulu 15.02 - 15.04.2014 tarixlərində Texniki Departamentdə aparılacaq. Sənəd təqdim edənlərin arasından 10-12 nəfər seçiləcək;
Kurs ərzində iştirakçı öz maddi vəsaiti hesabına 3 praktika keçməlidir: 1 praktika hazırlıq dövründə, 2 praktika Qərbi Avropa klublarında (həftəlik dövr);
Kursda iştirak üçün ödənişin məbləği 4000 manatdır. Ödəniş nağd və ya köçurmə yolu ilə aparıla bilər.
Əlaqələndirici şəxs: Anar Şıxəliyev
Əlaqə telefonu: +994 12 404 27 77; daxili: 11-30
Həftənin I-V günləri saat 9:00-dan 18:00-dək müraciət etmək olar.
Əlavə olunmuş anket forması müvafiq qaydada doldurularaq [email protected] ünvanına göndərilməlidir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail