Sxadadze: "Qarşıdakı 7 oyunda lazımi nəticə ala bilməsək..."

06.04.2014 | 3721 dəfə oxunub

Topaz Premyer Liqasının 29-cu turunda Zaqatalaya səfər edən “İnter” yerli “Simurq”la oyunda minimal hesablı qələbə qazandı - 1:0. Bu qələbədən sonra paytaxt təmsilçisi turnir cədvəlinin üçüncü pilləsində möhkəmləndi.

Stadium.az "İnter"in baş məşqçisi Kaxaber Sxadadzenin oyun haqda fikirləri ilə sizi tanış edir:

“Vacib 3 xalı qazandıq. Mövsüm sona yaxınlaşdıqca futbolçuların psixoloji hazırlığı ön plana keçir. “Simurq” bizdən fərqli olaraq daha sərbəst oynayırdı, turnir cədvəlindəki mövqeyi buna imkan verirdi. Bundan irəli gələrək ilk hissədə hücumlarımız kəsərli olmadı. Top itikilərinə yol verirdik. Sona yaxın isə nəticəyə oynamalı idik. Bu oyunda da vacib qələbə qazandıq. Mükafatçıların son turlarda müəyyən olunacağını düşünürəm. Komandama oyuna və qələbəyə görə təşəkkür edirəm. İlk 6 turdan sonra turnir cədvəlində son pillədə idik. “Qəbələ” bizi çox qabaqlayırdı, indi isə biz onları 7 xal qabaqlayırıq. Komandamız böyük iş görüb. Qarşıdakı 7 oyunda lazımi nəticə ala bilməsək bu uğurun mənası qalmayacaq. Bundan sonra bizə daha çətin olacaq. “İnter” həmişə funksional baxımdan yaxşı vəziyyətdə olub, əsas futbolçuların psixoloji hazırlığı ilə məşğul olacam”.(PFL)




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail