"Xəzər Lənkəran": Mbilla son 4 mövsümün ən yaxşısı oldu

07.04.2014 | 4586 dəfə oxunub


“Xəzər Lənkəran” 2014-cü ildə ilk ev qələbəsini qazandı. Ötən il dekabrın 20-də “Sumqayıt”ı 4:3 hesabı ilə məğlub etdikdən sonra öz meydanında 4 qarşılaşmaya çıxan cənublular həmin görüşlərdə qalib gələ bilməmişdi. Bu il “Neftçi” (2:2) və “İnter”lə (1:1) heç-heçə edən, “Bakı”ya 0:2, “Simurq”a 1:3 hesabı ilə məğlub olan Mustafa Dənizlinin yetirmələri 106 gündən sonra doğma meydanda 3 xal əldə etdi.

 4 oyunluq qələbə həsrətinə son qoyan “Xəzər Lənkəran” cari mövsüm imza atdığı klub tarixinin antirekordunu təkrarladıqdan sonra onun yenilənməsinə imkan vermədi. Komanda ötən ilin sentyabr-dekabr aylarında da ardıcıl 4 ev oyununda qalib gəlməmişdi.

Uğursuz seriyaya Topaz Premyer Liqasının XXIX turunun “Qəbələ” ilə oyunundakı 1:0 hesablı qələbə ilə son qoyan “Xəzər Lənkəran” Etame Mbillanın qolu ilə qalib gəldi. Kamerunlu futbolçu bununla da cari mövsüm Premyer Liqada vurduğu qolların sayını 9-a çatdırdı. Etamenin göstəricisi son 4 ildə “Xəzər Lənkəran”ın heyətində ən yüksək məhsuldarlıqdır. Sonuncu dəfə komandada 9 və daha çox qol vuran oyunçusu buna 2009/10 mövsümündə nail olmuşdu.

Bütün yarışları nəzərə almaqla, Mbilla hazırkı mövsümdə 13 qolun müəllifidir.(klub saytı)

Mövsüm

Futbolçu

Qol

Oyun

2004/05

Oqtay Dərəlioğlu

17

21

2004/05

Samir Əliyev

20

31

2006/07

Zaur Ramazanov

20

24

2007/08

Zaur Ramazanov

11

25

2008/09

İvan Tsvetkov

15

21

2009/10

Allan Lalin

9

27

2009/10

Mario Souza

9

28

2013/14

Etame Mbilla

9

25




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail