Reynaldo və Sxadadzedən şərikli rekord

07.04.2014 | 3514 dəfə oxunub

Mövsümün ən yaxşı bombardiri Reynaldo Silva və Baçana Sxadadze ardıcıl 3-cü oyunda qol vurublar. “Qarabağ”ın braziliyalı legioneri “Sumqayıt” və “Qəbələ” ilə qarşılaşmalarda dublları sıralamışdısa, AZAL-a 1 qol vurmağı bacarıb. Bu qol seriyası Reynaldonun Topaz Premyer Liqasında ilk belə uğurudur. Ötən iki turda “Qəbələ” və “Rəvan”ın hərəsinə 1 qol vuran “İnter”in gürcüstanlı hücumçusu Sxadadze bu dəfə “Simurq”un qapısına yol tapdı.

Bu cütlük ardıcıl 3 turda qol sevinci yaşamaqla mövsümün rekordunu da təkrarlayıb. Reynaldo ilə Baçanaya qədər “Qarabağ”ın hollandiyalı oyunçusu Leroy Corc və “Neftçi”nin braziliyalısı Karlos Kardoso da bunu bacarmışdı. Corc 24-26-cı, Karlos 14-16-cı turlarda ardıcıl hər oyunda 1 qol vurmuşdu.

Qeyd edək ki, Azərbaycan çempionatları tarixinin rekordu Yunis Hüseynova məxsusdur. Yarımmüdafiəçi ilk çempionatın startında ardıcıl 12 qarşılaşmada qol vurmaqla şərəfini qoruduğu “Neftçi”nin qələbələrində pay sahibi olmuşdu.(PFL)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail