"Neftçi"nin üzvü məşqlərə başladı FOTO

08.04.2014 | 3940 dəfə oxunub

"Neftçi" gənc üzvü Roman Məmmədovdan şad xəbər alıb. Stadium.az-ın əldə etdiyi məlumata görə, gələcəyinə böyük ümidlər bəslənilən Məmmədov uzun müddətdir ki, zədədən əziyyət çəkirdi. Dizindən zədələndiyinə görə, əməliyyat edilən gənc hücumçu artıq bərpa prosesinə başlayıb. Elə bu gün isə “Neftçi” rəhbərliyi Roman Məmmədovdan şad xəbər alıb. Belə ki, həkimlər gənc forvardın artıq fərdi qaçışlara başlamasına icazə verib. Xatırladaq ki, Roman Məmmədov 1996-cı ildə Rusiyanın Moskva şəhərində anadan olub və “Torpedo”nun(Moskva) yetirməsidi. Azərbaycanda “İnter”in heyətində U-17 liqasında özünü ən yaxşı tərəfdən göstərmiş Məmmədov “Neftçi” ilə müqavilə imzalayıb. Gənc forvard ölkəmizin U-17 yığma komandasının  da formasını geyinib və “Neftçi”də gələcəyinə böyük ümidlər bəslənilir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail