Azərbaycan millisində biabırçılıq: Baş məşqçiylə futbolçular arasında qarşıdurma - ÖZƏL

10.04.2014 | 5598 dəfə oxunub

Azərbaycanın U-17 millisi fevralın 15-i 28-i aralığında Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olmuşdu. Stadium.az saytına bu toplanışla bağlı şok məlumatlar daxil olub. Aldığımız məlumata görə, məşq və oyunlar zamanı millimizin baş məşqçisi Mirbağır İsayev gənc futbolçularla qeyri-etik ifadələrlə, hətta nalayiq söyüşlərlə danışıb. Mirbağır İsayevin təhqiramiz ifadələriylə barışmayan gənc futbolçular isə sözü bir yerə qoyaraq onunla söhbət etmək istəyirlər. Yerli (milliyə yetərincə legioner də cəlb olunur) futbolçular bu işlə bağı İsayevin yanına gedirlər və bildirirlər ki, onlarla təhqiramiz ifadələrlə danışmasın. Gənc futbolçular bu zaman İsayevin dediyi sözlərə inanmayıblar. Çünki Mirbağır müəllimin onlara cavabı “məşqdə demişəm, yaxşı eləmişəm, lap üzünüzə də deyirəm: soxum sizin futbolunuza” şəklində olub. Bu cavabdan bir daha təəccüblənən milli üzvləri baş məşqçinin yanından “əlləri ətəklərindən uzun” dönüblər.

Futbolçular təlim-məşq toplanışından döndükdən sonra isə daha bir şok yaşayıblar. İş ondadır ki, millinin hər üzvünə toplanışda olduqları hər gün üçün 50 manat ödənilir. U-17 üzvlərinə isə məlumat verilib ki, onlara hər gün üçün 50 manatdan hesablanan ümumi məbləğin 50 faizi veriləcək. Səbəb soruşulanda isə onlara bildirilib ki, baş məşqçi Mirbağır İsayevin göstərişi ilə millinin üzvləri 50 faiz cərimələnib. Buna səbəb isə milli üzvlərinin sözü bir yerə qoyaraq İsayevlə söhbət “çürütməyə” cəhd etmələridir.

Bütün bunlara şərh vermədən hörmətli AFFA prezidenti Rövnəq Abdullayevə və baş katib Elxan Məmmədova sual vermək zorunda qalınır. Siz baş məşqçini milliyə nə üçün gətirmisiz? Futbolçuları inkişaf etdirmək üçün, yoxsa onların şərəf və ləyaqətlərini təhqir etmək üçün?

Bir məşqçi ki, futbolçusuna “sənin futbolunun içinə soxum” deyirsə, bu söz təkcə U-17-ə yox, bütün Azərbaycan futboluna aiddir. Əsasən də əsas milliyə. Çünki bu futbolçular yetişib əsas millidə oynamalıdır. Əgər sizin məşqçiniz futbolçuya “sənin futbolunun içinə soxu...” deyirsə, buna etiraza görə də gənc futbolçunun günlük 50 manatlıq alın təriylə qazandığı pulun 25 manatı cərimə olunursa, onda həqiqətən Azərbaycan futbolunun içinə “soxmuş” olurlar.

KOLAY GƏLSİN...  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail