"Xəzər Lənkəran" rəhbərliyi həbsdə olan azarkeşlərin ailə üzvləri ilə görüşdü

11.04.2014 | 4115 dəfə oxunub

Ötən ilin avqust ayında Lənkəran stadionunda baş verən hadisələrə görə həbs olunan və bir neçə ay sonra xuliqanlıq ittihamı ilə məhkəmə tərəfindən 3-il müddətinə azadlıqdan məhrum edilən azarkeşlərimizlə bağlı yeni xəbər var.
 
Stadium.az xəbər verir ki, “Xəzər Lənkəran” klubunun təşəbbüsü ilə klub rəhbərliyi və azadlıqdan məhrum olunan azarkeşlərin ailə üzvləri arasında aprelin 5-də görüş keçirilib. Görüş zamanı azarkeşlərin ailələrinin qayğıları və problemləri ilə maraqlanan klub nümayəndələri tərəfindən maraqlı açıqlama verilib. Belə ki, həbsdə olan azarkeşlərin günahsız olduqlarına inandığını və məhkəmə prossesi zamanı heç bir konkret arqumentin ortaya qoyula bilinməməsini əsas götürərək “Xəzər Lənkəran” klubunun rəhbərliyi appelyasiya yolu ilə cinayət işinə yenidən baxılaraq futbolsevərlərin tezliklə azadlığa çıxmasını təmin etməyə çalışılacağını bildirib.
 
Xatırladaq ki, bu il fevral ayının 12-də məhkəmənin qapalı toplantısında həmin günə qədər həbsdə olan 7-azarkeşdən üçü Zaur Ərəbov, Elman İbrahimli və Əli Aslanov məhkəmə zalından azadlığa buraxılmışsalar da, digər dörd azarkeş;- Rəfail Əkbərov, Aqşin Əkbərov, Elçin Abdullayev və Elman Tağıyev Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə təqsirli bilinərək, 3 il müddətinə azadlıqdan məhrum olunmuşlar.
12cioyuncu.info



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail