DYP -dən Kamran Ağayevin radarlarının silinməsinə münasibət VİDEO

12.04.2014 | 4272 dəfə oxunub

“Bu xəbəri araşdırıb sizin sualınıza cavab verəcəm”. 

Stadium.az xəbər verir ki, bu sözləri azxeber.com-a açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov söyləyib. V.Əsədov "Qəbələ"nin və milli komandamızın qapıçısı Kamran Ağayev “İdman Azərbaycan” televiziyasında yayımlanan verilişlərin birində “DYP əməkdaşları elə olur ki, öz ciblərindən xərc çəkib mənim radarlarımı silirlər” cümləsini işlətməsinə münasibət bildirib: “Bu məsələylə bağlı heç bir məlumatım yoxdur. Mən özüm heç Kamranı tanımıram. O isə deyib ki, onu hamı tanıyır. Bu xəbəri araşdırıb sizin sualınıza cavab verəcəm”. Xatırladaq ki, futbolçu müxbirin “Heç DYP əməkdaşlarının sizi saxladığı olubmu?” sulalına Kamran Ağayev maraqlı cavab verib: “Əksəriyyəti məni tanıyır. Yüksək dərəcədə hörmət edirlər mənə. Elə vaxt olur ki, mən radara dadüşürəm. Mənim qeydiyyatda olduğum rayonda isə DYP əməkdaşları elə olur ki, öz ciblərindən xərc çəkib mənim radarlarımı silirlər. Adam lap xəcalət çəkir. Efir vasitəsi ilə deyirəm ki, sağolsunlar. Heç bilmirəm xəcalətlərindən necə çıxım”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail