"Klubumuzun söz vermişəm, hakimlikdən danışmayacam"

12.04.2014 | 3786 dəfə oxunub

Topaz Premyer Liqasının 30-cu turunda “Xəzər Lənkəran”ı qəbul edən “Bakı” ilk hissəsini 0-2 hesabı ilə məğlub başa vursa da, ikinci hissədə iki qol vuraraq 2-2 hesablı bərabərliyə nail oldu.

Milinko Pantiç, “Bakı” klubunun baş məşqçisi: “Çətin və mübarizə ilə bol bir oyun oldu. Bir neçə futbolçumuz bu gün meydana çıxa bilmədi. Rəqibimiz güclü idi, ilk dəqiqələrdə qapımızda qol gördük. Bu da rəqib komandaya üstünlük verdi. “Xəzər Lənkəran”ın cərimə zərbələrini çox yaxşı yerinə yetirməsini futbolçularıma demişdim. İlk hissəni 0-2 hesabı ilə geridə olsaq da, fasilədə futbolçularıma tövsiyyələrimi verdim. İkinci hissədə daha həvəsli oynadıq, komandam qələbəyə layiq idi. Hücumda çatışmazlıqlarımız var, iki gənc futbolçuya bu gün şans verdim. “Neftçi” ilə oyuna top rəqib futbolçunun əlinə dəymişdi, hakim isə 11 metrlik cərimə zərbəsi təyin etməmişdi. Ona görə bu haqda danışmışdım. Klubumuzun prezidentinə söz vermişəm, hakimlikdən danışmayacam. Hakim də insandır, səhv edə bilər. İlk üçlüyə düşmək üçün sona kimi mübarizə aparacağıq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail