Tərlan Əhmədov: "Komandanın qarşısına uduzmamaq tapşırığı qoyulmuşdu"

12.04.2014 | 3501 dəfə oxunub

AZAL-ın baş məşqçisi Tərlan Əhmədov PFL-in 30-cu turu çərçivəsində keçirilmiş oyunda komandasının səfərdə “Qəbələ” ilə heç-heçəsini (0:0) şərh edib:

“Bilirdik ki, ağır oyun olacaq. Rəqib həm Premyer Liqada, həm də kubokda mübarizə aparır. Oyunumuzu dəyişən, lider futbolçumuz yoxdur. Gənc oyunçularımız azdır, Cavid Tağıyevin də oynamaması bizə müəyyən problemlər yaratdı. Komandanın qarşısına uduzmamaq tapşırığı qoyulmuşdu. Son 20 dəqiqədə üstünlüyü rəqibə verdik. Komanda meydanda mübarizə apardı, futbolçular bir-birinə kömək elədilər, bun görə təşəkkürümü bildirirəm. Çox ağır yükün altına girmişik, bizim üçün mübarizə indi başlayır. Öz imicimiz üçün oynamalıyıq. Heyətlə bağlı çatışmazlıqlarımız var. Qol imkanlarından soyuqqanlılıqla istifadə edə bilmirik. Bunların üzərində işləyirik, çalışacağıq ki, qalan 6 turda qələbə qazanaq. Rəqibin oyununu və heyətini təhlil etmişdik. İqbekoyinin sürətini və rəqibin müdafiədəki boşluqlarını nəzərə alıb onu hücumda oynatdıq”.

(PFL)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail