"Futbolçular bütün fikirlərini oyuna versələr yaxşı olar”

12.04.2014 | 4027 dəfə oxunub

Topaz Premyer Liqasının 30-cu turunun mərkəzi oyununda “İnter” “Neftçi”ni qəbul etdi. Paytaxt derbisində 2-1 hesabı ilə qələbə qazanan “İnter” turnir cədvəlində ikinci pilləyə yüksəldi.

Kaxaber Sxadadze, “İnter” klubunun baş məşqçisi: “Futbolçularımı təbrik edirəm, layiqli qələbə qazandılar. Oyuna yaxşı başladıq. Hava isti olduğu üçün oyunda sürət aşağı idi. Lakin hər iki komandada faydalı iş əmsalı yüksək idi. Çempionatın səviyyəsi yaxşıdır. Bu oyunu artıq unutmalıyıq. Müəyyən çatışmazlıqlarımız oldu, bunları təhlil etməliyik. Qarşıda 6 oyun var, hər biri bizim üçün final kimidir. Mövsümü ilk üçlükdə bitirmək üçün həm fiziki, həm də psixoloji cəhətdən hazırlıqlı olmalıyıq. “Neftçi” kubokda layiqli qələbə qazanaraq yarımfinala yüksəldi. Hesabda irəli çıxdıqdan sonra təşəbbüsü rəqibə verdik. Hesab bərabərləşdikdən sonra komandaya daha aktiv oynamağı tapşırdım. Mahir Şükürovla aramızda yaxşı münasibət var. Emosiyalara qapılmamağı dedim. Futbolçular bütün fikirlərini oyuna versələr yaxşı olar”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail