Tahir Gözəl yeni idman direktoru ilə görüşdü - FOTO

13.04.2014 | 3809 dəfə oxunub

"Qarabağ" rəhbərliyi mütəmadi olaraq aşağı yaş qruplarındakı futbolçular və onların valideynləri ilə görüşlər keçirir. Belə tədbirlərdən biri "Sərhədçi" Olimpiya kompleksində baş tutub.
 
Hər zaman aşağı yaş qruplarına xüsusi həssaslıqla yanaşan klubun vitse-prezidenti Tahir Gözəl belə bir görüş çərçivəsində məşqçilər, gənc-yeniyetmə futbolçular və onların valideynləriylə bir araya gəlib. Tədbir valideynlərlə görüşlə yanaşı daha bir önəm də daşıyıb. Belə ki, AFFA-nın məlum qərarına bağlı olaraq, "Qarabağ"a da aşağı yaş qruplarına idman direktoru təyin olunub. Hollandiyalı Con van Loen ölkəsində yetərincə tanınmış futbol adamıdı.
 
Aşağı yaş qruplarıyla görüşdən öncə "Qarabağ"ın başqanı Tahir Gözəllə Loenin tanışlıq prosesi baş tutub. Başqanla holland mütəxəssis arasında 30 dəqiqəlik söhbət olub. Səmimi mühitdə keçən görüşdə Tahir bəy Qarabağ adının mahiyyəti haqqında Loenə geniş məlumat verib. "Ayaks"ın sabıq hücumçusu isə öz növbəsində hədəf və məqsədləri barəsində danışıb. Ardınca yuxarıda qeyd olunan görüş baş tutub.
 
300-ə yaxın uşaq və valideynin iştirak etdiyi tədbiri Tahir Gözəl açıb. Hər kəsi salamladıqdan sonra Tahir bəy Con van Loeni tədbir iştirakçılarına təqdim edib: "AFFA İcrayyə Komitəsinin klubların aşağı yaş qruplarına idman direktoru təyin edilməsi çərçivəsində klubumuza məhz Con Van Loen təyin olunub. Hollandiya millisində dəfələrlə meydana çıxmış və qol vurmuş, ölkəsinin ən məşhur klubu olan "Ayaks"ın şərəfini qorumuş Loenin 1 il ərzində "Qarabağ"ın aşağı yaş qruplarının inkişafı üçün çalışacaq". Başqan Loenun təcrübəsiylə aşağı yaş qruplarında metodiki təkmilləşmə sayəsində aşağı yaş qruplarının yeni inkişaf mərhələsinə qədəm qoyacağına inandığını bildirib. O, hər kəsə avropalı mütəxəssisdən faydalanmağı tövsiyə edib.
 
Ardınca Con van Loen danışıb. O, nitqində "Qarabağ"a faydalı olmaq üçün çalışacağını bildirib. 1 il ərzində qarşılıqlı anlaşma içində səmərəli fəaliyyətə inandığını ifadə edib. İlk gündəcə belə görüşün keçirilməsindən məmnuniyyətini dilə gətirib.
 
Ardınca Tahir bəy danışaraq Qarabağ həqiqətləri haqqında Loena məlumat verib. Eyni zamanda bildirib ki, "Qarabağ" 1 ailədi. Uşaqlı, valideynli, məşqçili hər kəs bu adın nəcibliyi uğrunda çalışır. Belə bir ailəyə sahib olduğu üçün qürur duyduğunu ifadə başqan əsas komandanın çempionluğa yaxın olmasını vurğulayaraq bunun yeniyetmələrimiz üçün gözəl stimul olduğunu bildirib.
 
Daha sonra başqan sözü valideynlərə verib. Səmimi ortam çərçivəsində başqan hər kəsin ailə daxilində danışmaq hüququnun olduğunu ifadə edərək valideynlərdən təkliflərini, iradlarını bildirmələrini istəyib. Ardınca valideynlər danışıblar. Daha çox çıxış edən Qarabağ qaziləri "Qarabağ" ruhunun özəlliyini ifadə edərək, övladlarının məhz Qarabağ ruhuyla böyüməsinin fərqindən danışıblar. Məşqçilərin övladlarına ilk növbədə olan insani qayğısını vurğulayıblar. Eyni zamanda valideynlər başqana aşağı yaş qruplarıyla bağlı təklif və iradlarını bildiriblər. Hər kəsi diqqətlə dinləyən başqan hər detalı diqqətə alacaqlarını və belə görüşləri mütəmadi olaraq keçirərək "Qarabağ" ailə tellərini daha da sıxlaşdıracaqlarını bildirib. Beləcə 1 saat davam edən görüş başa çatıb.(Klub saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail