Sehiç: "Bu "Qarabağ"ın uğurudur"

14.04.2014 | 4217 dəfə oxunub

Sonuncu oyunda `Rəvan`la qarşılaşan `Qarabağ` 5:1-lik qələbə ilə uğurlu seriyasını davam etdirdi. Ardıcıl 7-ci qələbəsini qazanan komanda 5 oyundan sonra qapısından qol buraxdı. Belədə qolkiper İbrahim Sehiçin quru seiyası 525 dəqiqədə dayandı. Çempionatda ən uzun seriya isə digər qapıçı Fərhad Vəliyevə aid idi. Fərhad 554 dəqiqə qapısından qol buraxmamışdı. 

Ümumiyyətlə, `Qarabağ` cari mövsüm  uğurlu müdafiəsi ilə diqqəti cəlb edir. Belə ki, 30 oyunda buraxdığı 15 qolla komanda orta hesabla Avropada ən az qol buraxan komandadır. Bosniyalı qolkiperə `Qarabağ`ın uğurun sirrini soruşduq. 
`Qarabağ`ın Avropa klubları arasında ən az qol buraxan klub olması tək mənim uğurum deyil. Bu göstəricini  bütün komandanın adına yazmaq lazımdır. Biz həm müdafiədə, həm də hücumda kompakt şəkildə çıxış edirik.  Nəticədə bugünki nəticəni əldə etmişik. Bu sadəcə mənim və ya müdafiəçilərin deyil bütün komandanın əməyidir. Bunlar heç də əsas deyil. Vacib olan çempionluq uğrunda mübarizədir.Qızıl medalları qazansaq o zaman əlavə göstəricilərdən danışmaq olar.   Milli komandaya gəlincə. Ölkəmin mətbuatı tez-tez çıxışımla maraqlanır. Hər halda belə göstərici heç kimin diqqətindən qaçmaz. Sonuncu dəfə qış tətili zamanı millinin baş məşqçisi ilə görüşmüşəm. Mənə dedi ki, əvvəlki formanı bərpa etsən millinin qapıları üzünə açıqdır. Zənnimcə, `Qarabağ`ın cari uğuru çıxışıma ən yaxşı qiymətdi. Millinin formasını daşımaq şərəfdi.  Dünya çempionatına kimi hələ var. İnanıram ki, yayda millinin heyətində Braziliyada olacam.` 

(Klub saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail