Rusiya daha bir futbolçunu Azərbaycanın əlindən aldı

15.04.2014 | 4180 dəfə oxunub

Azərbaycan milli komandasının daha bir futbolçusu Rusiya yığmasında oynamağa qərar verib. Bu, əvvəllər 19 yaşadək millimizə çağırılmış David Qarayevdi.
 
Hazırda “OİK-Energiya”da çıxış edən yarımmüdafiəçi artıq Rusiyanın I divizionunda legioner sayılmayacaq. Bununla bağlı klubun müraciəti Rusiya Futbol İttifaqının Mübahisələrin Həlli üzrə Palatasında müsbət cavablandırılıb. Əsas kimi futbolçunun Rusiyanın milli komandalarında çıxış etmək istəməsinə dair ərizəsi əsas götürülüb.
 
Halbuki Qarayev ötən il Rusiya mətbuatına açıqlamasında dilemma qarşısında qalsa, Azərbaycan yığmasını seçəcəyini bildirmişdi: “Mən Vladiqafqazdanam, “Yunost” futbol məktəbində məşğul olmuşam. Sonra Moskvaya köçərək, “Qubkin” komandasında oynamışam. Valideynlərimdən biri osetin, digəri dağıstanlıdı. Ola bilsin, dərin azərbaycanlı köklərim də var. Azərbaycan millisinə agent vasitəsilə çağırılmışam. Hazırda Rusiyanın I divizionundan iki təklif almışam. Fikirləşəcəyəm. Azərbaycan çempionatına da çağırırlar, amma hələ bunda maraqlı deyiləm. Dilemma qarşısında qalsam, yəqin ki, Azərbaycan yığmasını seçəcəyəm. Hər halda, bu komandanın şərəfini artıq iki ildi qoruyuram və Azərbaycan millisindən getmək mənim tərəfimdən yaxşı addım olmazdı”.
 
Qarayevin millimizdən Rusiya çempionatında legioner sayılmamaq üçün imtina etdiyi şübhə doğurmur. O, artıq aprelin 20-də “OİK-Energiya”nın heyətində Rusiya I divizionunun 33-cü tur matçına yerli futbolçu kimi çıxacaq.
 
Qeyd edək ki, daha öncə əslən azərbaycanlı Aleksandr Səmədovla Emin Mahmudov da Rusiya yığmasında oynamağı üstün sayaraq, millimizdən üz çeviriblər.

lent.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail