"Araz Naxçıvan" 100 manat cərimə ödəyəcək

15.04.2014 | 3947 dəfə oxunub

İntizam Komitəsinin bu gün keçirilən iclasında I divizionun 25-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib: 

Azərbaycan I Divizionun XXV turunun “Energetik” – “Ağsu” matçında “Energetik” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.

Oyunun 30-cu dəqiqəsində “Energetik” klubunun baş məşqşisi Sahib Qocayev texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur.

Azərbaycan I Divizionun XXV turunun MOİK – “Qaradağ Lökbatan” matçında MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.

Oyunun 83-cü dəqiqəsində MOİK klubunun 15 №-li futbolçusu Azad Kərimovun aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunur.

Oyunun 83-cü dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 9 №-li futbolçusu Mehdi Mehdiyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur.

Azərbaycan I Divizionun XXV turunun “Lokomotiv” – “Araz Naxçıvan” matçında “Araz Naxçıvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.

Oyunun 33-cü dəqiqəsində “Lokomotiv” klubunun 18 №-li futbolçusu Kənan Cəfərovun kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur.

Oyunun 68-ci dəqiqəsində “Araz Naxçıvan” klubunun 2 №-li futbolçusu Aleksandr Kurtskeviç sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur.

Azərbaycan I Divizionun XXV turunun “Kəpəz” – “Göyəzən” matçının 41-ci dəqiqəsində “Kəpəz” klubunun 8 №-li futbolçusu Şərif Həsənovla “Göyəzən” klubunun 2 №-li futbolçusu İbrahim Hacıyev biri-birini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün futbolçular 3 oyunluq cəzalanır,  hər iki klub 200 manat cərimə olunur.

Azərbaycan I Divizionun XXV turunun “Bakılı” – “Turan-T” matçının 40-cı dəqiqəsində “Turan-T” klubunun 12 №-li futbolçusu Mehman Hacıyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur.

Qeyd: İntizam Komitəsinin 08.04.2014-cü il tarixli iclasında “Bakılı” klubu I Divizionun “Şahdağ” – “Bakılı” matçında iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilmiş, lakin pul cəriməsi göstərilməmişdir. Bu səbəbdən də İntizam qaydalarına uyğun olaraq klub 500 manat cərimə olunur. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail