"Bu qollarım mənə və komandama düşərli olacaq" AÇIQLAMA

17.04.2014 | 3383 dəfə oxunub

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunu - "Qəbələ" - "Xəzər Lənkəran" (3:0) matçı "qırmızı-qaralar"ın azarkeşləri ilə yanaşı futbolçu Nizami Hacıyev üçün də sevindirici və yaddaqalan oldu. Stadium.az xəbər verir ki, “Qəbələ”nin heyətində 27-ci matçına çıxan Nizami Hacıyev məhz sözügedən qarşılaşmada komandasında qol hesabını açdı.
 
Matçda dublunu rəsmiləşdirən və qələbədə əvəzsiz rol oynayan yarımmüdafiəçi klub tarixində qol sevinci yaşayan 83-cü futbolçu oldu. Nizami kubokda “Qəbələ” üçün qol vuran 30-cu oyunçu kimi də tarixə düşdü.
 
Matçın ardından təəssüratlarnı klub saytı ilə bölüşən Hacıyev qələbəyə və qol hesabını açdığına görə sevincli olduğunu, cavab oyununda daha diqqətli oynayacaqlarını söyləyib:
"Gərgin oyun alındı. İkinci hissədə təzyiqimiz öz bəhrəsini verdi. Artıq xeyli müddət idi ki, azarkeşlərimizi doğma meydanımızda sevindirə bilmirdik. Bu dəfə hər şey istədiyimiz kimi nəticələndi. Qələbə qazandığımıza görə çox sevincliyəm. Oyun mənim üçün xüsusi yaddaqalan oldu və unudulmayacaq. "Qəbələ" forması ilə qol hesabımı açdım. İnanıram ki, bu qollarım mənə və komandama düşərli olacaq. Finala adlamaq üçün ilk oyunda gözəl qələbə qazandıq. Amma arxayınlaşmaq olmaz. Cavab oyununda diqqətli olmalıyıq. İnanıram ki, etibarlı oyunumuzu səfərdə də təkrarlayaraq finala vəsiqə qazanacağıq. Bizi dəstəkləyən hər kəsə təşəkkürümü bildirirəm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail