"Qarabağ"dan ayrılmaq fikrim də yoxdu" AÇIQLAMA

17.04.2014 | 4151 dəfə oxunub

"Qarabağ"ın futbolçusu Reynaldo Sİlva Premyer Liqada fevral və mart ayının ən yaxşısı seçilib.
 
Mükafatlandırma mərasimindən sonra braziliyalı futbolçu fikirlərini bölüşüb: "İki ayın ən yaxşı oyunçusu seçilməyim məni sevindirir. Mükafatı qazanmaqla mən rahat ola bilmərəm. Əkəsər hallarda arxayınçılıq futbolçunun əleyhinə işləyir. Ona görə də daha da ciddi çalışmalıyam ki, özümü hər tərəfdən yaxşı göstərim. Səsvermədə məni bu mükafata layiq görən insanlara mətbuat vasitəsiylə təşəkkür edirəm. Bundan sonra həm oyunumla həm də qollarımla onları sevindirməyə çalışacağam".
 
Milli komandamızda oynamağa hazır olan Reynaldo indidən ölkəmizlə bağlı məlumat toplamağa başlayıb: “Nə ingilis nə də azəri dilini bilirəm. Ancaq ölkəniz haqqında xeylı məlumat toplamışam. Azərbaycanın bir sıra bölgələrinə səfər etmişəm və oranın adət-ənənləri ilə maraqlanmışam. Azərbaycan dilinı öyrənmək mənə bir qədər çətinlik yaradır. Çünki elə bir şəxs olmalıdır ki, onunla daim ünsiyyət saxlamaqla dilinizi öyrənim".

“Qarabağ”ın bombardiri onunla maraqlanan komandalarla bağlı suala belə şərh verib: “Ola bilsin ki, hansısa bir komanda mənimlə maraqlansın. Bu o demək deyil ki, “Qarabağ”ı tərk edəcəm. Mən özümü bu komandada rahat hiss edirəm. İlk növbədə məqsədimiz “Qarabağ”la çempionluğu əldə  etməkdir. Burada özümü xoşbəxt sayıram və “Qarabağ”dan ayrılmaq fikrim də yoxdur. Hələ bir neçə il “Qarabağ”ın uğurları üçün əlimdən gələni edəcəyəm”. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail