"Azərbaycan və ABŞ futbol qurumları arasında əməkdaşlığa bir körpüdü"

18.04.2014 | 3539 dəfə oxunub

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Almaniya mətbuatına müsahibəsində ABŞ millisinin baş məşqçisi Yurgen Klinsmana məsləhətçi təyin edilməsi haqda fikirlərini açıqlayıb. Stadium.az sizi alman mütəxəssisin fikirləri ilə tanış edir:
 
“Bu təyinatın arxasında çoxlarının düşündüyü kimi, elə də çox şey dayanmır. Birincisi, Almaniya yığmasını yaxşıca öyrənmək üçün, Klinsmana mən lazım deyiləm. O, onsuz da, almanlar haqda hər şeyi özü bilir. Ümid edirəm ki, Almaniya yığması dünya çempionu olacaq. Futbolçuların indiki nəsli bu qələbəyə layiqdi. Klinsmanla uzun illərdi ki, münasibətimiz var. Nə vaxtsa mən onu Almaniya Futbol İttifaqına baş məşqçi qismində məsləhət görmüşəm. Onun başladığı işi, Löv və Birhoff davam etdirdi və indi Almaniya futboluna tam fərqli bir baxış var”.
 
Təcrübəli məşqçi həmçinin, özünün ABŞ yığmasında birbaşa öhdəliklərinə də toxunub və bu sazişin Azərbaycan futbolu üçün əhəmiyyətini qeyd edib: “DÇ-də ABŞ yığmasının Almaniya yığması ilə oyunu dostların əhatəsində bir oyun olacaq. Ancaq ABŞ qələbə istəyindədi. Portuqaliya və Qana yığmalarının oyunlarını izləyəcəyik. Bundan başqa, təyinatım, həmçinin, Azərbaycan və ABŞ futbol qurumları arasında əməkdaşlığa bir körpüdü. Biz yoldaşlıq oyunu keçirəcəyik və bunun Azərbaycan futbolu üçün müsbət əhəmiyyəti olacaq. Sonralar gənclər və qadınlardan ibarət komandalar bu ənənəni davam etdirəcəklər".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail