"Neftçi" etiraz edir

18.04.2014 | 3948 dəfə oxunub

“Neftçi” PFK Azərbaycan kuboku uğrunda yarışın 1/2 final mərhələsi çərçivəsində keçirilmiş “Neftçi” - “Rəvan” oyunu ilə bağlı AFFA İntizam Komitəsinin çıxardığı qərarlara etiraz edir. Stadium.az xəbər verir ki, İntizam Komitəsinin qərarına görə guya oyun başa çatdıqdan sonra dəhlizdə kənar şəxslər olub və bu ərazidə təhlükəsizlik təmin olunmayıb. Bu səbəbdən də “Neftçi” PFK 5000 manat məbləğində cərimələnib. Bu qərara qəti şəkildə etiraz edərək bildiririk ki, “Neftçi” - “Rəvan” oyununda təhlükəsizlik tədbirləri yüksək səviyyədə təşkil olunmuşdur. Buna qədər də İntizam Komitəsinin klubumuzun əleyhinə çıxardığı bir sıra qərarlara görə Apellyasiya və Ekspert Komitəsinə müraciət ünvanlanmış və “Neftçi”nın haqlı olduğu sübuta yetirilmişdir. Topaz Premyer Liqası çərçivəsində keçirilmiş “Neftçi” PFK-nın oyunlarında və digər çempionat matçlarında komandaların nümayəndələri, məşqçiləri və xüsusən də əcnəbi futbolçuları tərəfindən dəfələrlə qeyri-etik davranışlar edilmiş və bu hallar mətbuatda və ictimaiyyətdə geniş şəkildə müzakirə edilərək sübuta yetirilsə də, İntizam Komitəsi tərəfindən diqqətə alınmamışdır. Bu bir daha onu göstərir ki, İntizam Komitəsinin qərarları obyektivliyi əks etdirmir. “Neftçi” PFK olaraq bu kimi hallara etiraz edirik və İntizam Komitəsinin bu kimi qeyri-obyektiv qərarları ilə qəti şəkildə razılaşmırıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail