"Qəbələ" iki futbolçusun rəsmən qovdu

18.04.2014 | 4218 dəfə oxunub

“Qəbələ” futbol klubu fransalı hücumçu Yannik Kamanan və qvineyalı müdafiəçi Omar Kalabane ilə yollarını ayırıb. Stadium.az xəbər verir ki, bu barədə klubun vitse-prezidenti Fariz Nəcəfov məlumat verib.
 
Onun sözlərinə görə, hər iki futbolçu ilə müqavilə qarşılıqlı razılıq əsasında pozulub. Nəcəfov bildirib ki, qərar baş məşqçi Yuri Syominin istəyi əsasında çıxarılıb: “Syomin konkret olaraq bildirdi ki, Kamanan və Kalabanenin hazırkı durumu onu qane etmir. Hər iki futbolçu gözlənilən oyunu sərgiləmir. Ona görə də müqavilələrini qarşılıqlı şəkildə pozduq”.
 
Klub rəsmisi legionerlərin əvəzedici heyətə göndərilmə variantının qeyri-mümkünlüyünü də əlavə edib. O deyib ki, əvəzedici heyətdə “Qəbələ” Futbol Akademiyasının yetirmələri oynayırlar: “Çalışırıq ki, bu komandada əcnəbilər oynamasınlar”.                     
 
Qeyd edək ki, Yannik Kamanan "Qəbələ"yə 2012-ci ilin yanvarında, Omar Kalabane isə həmin ilin iyulunda cəlb olunub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail