"Qəbələ"nin gənc üzvünə təklif var FOTO

19.04.2014 | 4437 dəfə oxunub

Mövsümün sonu yaxınlaşdıqca klublarımız transfer çalışmalarını gücləndirməyə davam edir. Ölkə klubları əsasən yerli gənc oyunçuların transferinə önəm verməyə başlayıb. Legioner limitinə görə, klublarımız gənc oyunçularımızı diqqətdə saxlayır.

İstedadlı gənc oyunçulardan biri də "Qəbələ"dədi. Üç il öncə "Qəbələ" ilə müqavilə imzalayan Nuran Qurbanov hələ ki, əsas heyətdə özünə yer edə bilməyib. Məlum məsələdi. Yuri Syomin yerli gənclərlə işləməyi o qədər də sevmir. İnandırım sizi, legioner limiti olmasaydı, Urfan Abbasov, Müşviq Abbasov və Amit Quluzadə kimi istedadlıları da oynatmazdı. Hər halda Qurbanovla yerli klublarımız maraqlanır. Gənc yarımmüdafiəçini diqqətdə saxlayan məşqçilər Nuranın transfer edilməsini istəyir. Sürəti və əla reydləri ilə MOİK-də oynadığı dövrdə hələ bir çox iddialıklublarımızın diqqətini cəlb etmiş Qurbanov "Qəbələ" ilə müqavilə imzalamışdı.

Ancaq "İnter" və "Qarabağ" Qurbanovu heyətinə qatmaq üçün çalışmalara başlayıb. Hələ MOİK-də oynadığı dövrdə Qurbanov Kaxaber Sxadadzenin istədiyi oyunçulardandı. Gürcü mütəxəssis yenə gənc futbolçunu komandasında görmək istəyir. "Qarabağ" da 1993 təvəllüdlü oyunçu ilə danışıq aparmaq istəyir. Amma Qurbanov "Qəbələ"də qalaraq əsas heyətdə mökəmlənmək istədiyindən komandasından ayrılmaq haqda düşünmür. Xatırladaq ki, Nuran Qurbanov U-17 və U-19 yığma komandamızın sabiq üzvüdü. (sportinfo.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail