Kaxaber Sxadadze "İnter"dən ayrılacaq?

19.04.2014 | 3662 dəfə oxunub

Xəbər verdiyimiz kimi, "İnter"in hələlik müqavilə yeniləmədiyi Kaxaber Sxadadze ölkəsindən ciddi təklif alıb. Çempionluq uğrunda mübarizə aparan Tbilisi "Dinamo"su təcrübəli mütəxəssis "bankirlər"dən oğurlamağa yaxındı. Əldə etdiyimiz məlumata görə, Kaxa da ölkəsindən gələn təklifi dəyərləndirmək istəyir. Əgər "İnter" gürcüyə yeni müqavilə təklif etməsə. Bank klubun direktoru Natiq Məmmədov Sxadadze ilə yeni saziş imzalanmadığını təsdiqlədi. Ancaq məsələnin yaxın günlərdə həll olunacağını bildirdi: "Düzdü, Kaxa ilə müqavilə yenilənməyib. Amma bu, elə ciddi problem deyil. Çünki komandada çox gözəl atmosfer var. Bu sarıdan "İnter" bəlkə də birincidi. Heç kim başqasının işinə qarışmır. Klub prezidenti ilə baş məşqçinin arasında yaxşı münasibət var. İnanıram ki, tezliklə Kaxaber Sxadadze ilə yeni müqavilə imzalanacaq. Çünki bu posta ondan başqasını düşünmürük" (sportinfo.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail