"Bakı" üçün final görüşüdür" AÇIQLAMA
"Çox maraqlı və çətin oyun olacaq. İkinci yerlə dördüncü yerin qarşılaşması başqa cür ola da bilməz. “İnter”lə aramızda 5 xallıq fərq var. “Bakı” üçün final görüşüdür. Final oyunları isə oynanılmır, qələbə qazanılır".
Stadium.Az-ın məlumatına görə, bu sözləri "Bakı"nın baş məşqçisi Milinko Pantiç klubun rəsmi saytına açıqlamasında deyib.
Azərbaycan Premyer Liqasının 31-ci turu çərçivəsində "İnter"lə qarşılaşacaq "Bakı"nın serbiyalı mütəxəssisi bu görüşdə qələbə qazanmağın vacibliyini önə çəkib:
"İnter"in baş məşqçisi Kaxaber Sxadadzenin işini də yüksək qiymətləndirmək lazımdı. O uzun müddətdi bir komandada çalışmaqla əsl oyun fəlsəfəsini ortaya qoyub. Cari mövsüm bu iki rəqibin görüşlərində heç-heçə tendensiya halını alıb. İnşallah, sabah qələbə qazanıb bu hala son qoymalıyıq. Əlbəttə, bizim əvvəlki görüşlərdə kifayət qədər fərqlənmək şanslarımız olsa da, çox qol vura bilməmişik. “İnter” bütün komandalar üçün çətin rəqibdi. Məni üzən məqam sabah Rauf Əliyevin meydana çıxa bilməməsiylə bağlıdı.
“İnter”lə 1:1 başa çatan əvvəlki oyunda da Raufun xidmətindən məhrum olduq. Ancaq bu, o demək deyil ki, mən mübarizə aparmaqdan qorxub, ağlayıram. Mövsümboyu “Bakı” və “İnter” turnir cədvəlində yanaşı pillələrdə olub. Finişə doğru “İnter”in 2-ci pilləyə qalxması məni bir o qədər narahat etmir. Komandam bu yerə gəlib çatıbsa, deməli, əziyyətləri böyükdür. Məni “Bakı”nın tutduğu mövqe yox, başqa məqamlar daha çox düşündürür. Sabah layiqli oyunla turnir cədvəlində “İnter”ə daha da yaxınlaşmağa çalışacağıq”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |