Telekanallar baş katibi necə pərt elədi?! YAZI

19.04.2014 | 4203 dəfə oxunub

Yadınızdadısa, təxminən 18 gün öncə AFFA tender elan etmişdi. San-Fransisko şəhərində keçiriləcək ABŞ - Azərbaycan yoldaşlıq oyununun televiziyada canlı yayımı ilə bağlı. Qarşılaşmanı canlı yayımlamaq istəyən televiziyalar aprelin 10-dək AFFA-ya müraciət etməli idilər. Yayım hüququ (texniki xərc daxil deyil) 15 min manat təşkil edirdi. AFFA həmin televiziyanın əməkdaşının bütün səfər xərclərini ödəməyi və şərhçi otağı ilə təmin etməyi öz üzərinə götürmüşdü.

Dünən isə federasiyanın rəsmi saytında “Yoldaşlıq oyunu Bakcell-in sponsorluğu ilə yayımlanacaq” başlığı altında belə bir xəbər çıxdı: Mayın 27-də, yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə 28 may, saat 07:00) San-Fransisko şəhərindəki "Candlestick Park" stadionunda ABŞ və Azərbaycan milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununun canlı yayımlanması ilə əlaqədar AFFA tərəfindən elan olunmuş tenderin nəticəsi müəyyənləşib. Qeyd edək ki, tenderin televiziya kanalları arasında keçirilməsinə baxmayaraq, müxtəlif şirkətlər yayımın sponsoru olmaq üçün müraciət ediblər və tenderin qalibi Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi Bakcell şirkəti olub. ABŞ - Azərbaycan oyununun ölkəmizdə televiziya yayımının baş sponsoru olan Bakcell şirkətinin istəyinə uyğun olaraq, qarşılaşma İdman Azərbaycan kanalında canlı yayımlanacaq.

Maraqlıdı, elə deyilmi? AFFA-nın telekanallar arasında keçirdiyi tenderin qalibi “Bakcell” şirkəti oldu. Niyə? Əsas məsələ də elə budu. Əyri oturaq, düz danışaq. Tender üçün federasiyaya heç bir telekanal müraciət eləməyib. Çünki ortada 15 min söhbəti var. Millinin okeanın o tayında adlı-sanlı ABŞ-la oyunundan pul tutmaq istəyən Elxan Məmmədovun arzusu, nə yazıq ki, ürəyində qaldı. Yunurtadan yun qırxan, 1 manatı çıxanda canı çıxan telekanallarımız 15 min yox, heç 5 min də ödəməzdilər AFFA-ya. Elə belə də oldu. Səhər saat 7-də başlayan yoldaşlıq oyunu üçün hansı telekanal rəhbərliyi 15 min manatından keçər. Heç biri. Nəticədə özünü biabır etmək istəməyən federasiya ən son varianta əl atdı. Elxan bəyi bu vəziyyətdən yalnız ən yaxın tərəfdaşı “Bakcell” çıxara bilərdi. Yalanlar bununla bitsə, yaxşıdı. “Tenderin televiziya kanalları arasında keçirilməsinə baxmayaraq, müxtəlif şirkətlər yayımın sponsoru olmaq üçün müraciət ediblər və tenderin qalibi Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi Bakcell şirkəti olub”. Bu da ikinci yalan. Elə də əhəmiyyət daşımayan oyun üçün AFFA-nınq qapısını guya müxtəlif şirkətlər döyüblər. Ancaq Elxan bəy heç birinə üz verməyib. Yalnız “Bakcell”i yaxına buraxıb. Millimizin əsas sponsoru isə bu “möhtəşəm oyun”un yayım hüququnu “İdman Azərbaycan”a hədiyyə edib. Yadıma lap Ramin Musayevin çempionat oyunlarını satışa çıxarması düşdü. Onda da eyni biabırçılıq baş vermişdi. Sonda PFL şefi məcbur qalıb, yayım hüququnu pulsuz-parasız “İdman Azərbaycan”a vermişdi.

(sportinfo.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail